Torpaqlar qaytarılır, Bakı ilə razılıq var – Rusiyalı politoloq

Hazırda Qarabağ konfliktinin tərəfləri fasilə götürüblər: bu, İrəvana öz daxili problemlərinin həlli, Bakıya isə qondarma Dağlıq Qarabağdakı “seçki”nin nəticələri üçün lazımdır. Bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına deyib. Onun sözlərinə görə, Azərbaycan anlayır ki, hər şey onların planlarına uyğun getməsə, qondarma Qarabağın indiki rəhbərliyi torpaqların qaytarılması barədə sənədlərin imzalanmasına mane olacaq: “Proses Bako Saakyan getdikdən sonra başlaya bilər. Mən düşünürəm ki, Paşinyanın İlham Əliyevlə Qarabağa dair razılaşması var. Hər şey xarici işlər nazirlərinin bağlı qapılar arxasında 11 saat davam edən görüşündə həll edilib. Bu vəziyyət bizə tərəflərin planı olmasıyla…

Read More

100 mindən çox erməni Rusiya vətəndaşlığına keçdi

Ermənistan əhalisinin azalması son bir neçə ildir ki, artan tendensiya ilə davam edir. AzərMedia.az xəbər verir ki, bir çox erməni Rusiya qanunvericiliyində vətəndaşlıq almaqla bağlı qaydaların asanlaşdırılmasından istifadə edərək şimala qaçır. Ermənistan mediasının xəbərinə görə, təkcə ötən il 24 min erməni Rusiya vətəndaşlğını qəbul edib. Keçmiş SSRİ ölkələrində bu rekord 300 minlik rəqəmlə ən çox Ukraynaya məxsusdur. Lakin burda Rusiyanın işğal olunmuş Donbasda sakinlərə pasportlar paylamasının da rolu var. Ukraynanı 50,5 minlə Qazaxıstan və Tacikistan (44,7 min) təqib edir. Ermənistan 4-cü sırada gəlir. Son 4 ildə (2016-2019) Rusiya vətəndaşlığına keçən Ermənistan…

Read More

Erməni əsgərlərin ölümü İrəvanı çalxalayır

Qeyri-döyüş şəraitində əsgər ölümlərinə qarşı Ermənistanda ciddi etirazlar hakimiyyətin təşvişinə səbəb olub. AzərMedia.az xəbər verir ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın bununla bağlı güc strukturları ilə keçirdiyi görüşün ardından Ermənistan Baş Hərbi İstintaq İdarəsində də müşavirə olub. Qeyd edək ki, ilin əvvəlindən bu yana təkcə Qarabağda ölən erməni hərbçilərin sayı 13-ə çatıb. Bu ölümlər səbəbindən ötən gün qondarma Dağlıq Qarabağ qurumunun “müdafiə naziri” istefaya gedib. Əsgər ölümləri Ermənistanda çox ciddi etirazlarla qarşılanır.  /Axar.az/

Read More

Hər 3 gündə 1 ölü – Erməni ordusundan etiraf

Ermənistanın Baş Hərbi İstintaq İdarəsində orduda əsgər ölümlərinin sayının artmasına dair müşavirə keçirilib.AzərMedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, yanvarın əvvəlindən bu günə kimi qeyri-döyüş şəraitində 15 erməni hərbi qulluqçusu öldürülüb. Bəzi hadisələrlə bağlı intihar həddinə çatdırma maddələri üzrə cinayət işləri qaldırılıb. Hərbi qulluqçuların öldürülməsi son günlər ölkədə geniş ictimai rezonans doğurub. Bir sıra hallarda ölənlərin yaxınları küçələri və prospektləri bağlayıblar, habelə etiraz aksiyaları keçirərək paytaxta yürüş təşkil ediblər.   /Report/

Read More

ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq… – Şok sənəd

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağla bağlı iki vacib sənədi açıqlayıb. Bu barədə Ermənistanın 7or.am saytı məlumat yayıb. Hər iki sənəd Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın münaqişənin həllinə dair mövqeyi ilə bağlıdır. 1993-cü ilin 29 mayına aid olan ilk sənəddə ABŞ-ın İrəvandakı səfiri Harri Gilmorla Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Jirayr Lipartiyanın dialoqu yer alıb: “Ter-Petrosyan hökuməti Qarabağı itirməkdən narahat deyil. Onlar başqa məsələlərə – demokratiya, insan hüquqları və həyat şəraitinin yüksəldilməsi ilə bağlı öhdəlik götürüblər. Kəlbəcərin qorunması erməni əhalisinin əsas hədəfinə çevriləcəksə, Ter-Petrosyan və hökuməti istefaya gedəcək. Onlar…

Read More

Ermənilər 13 itki verdi, Qarabağın “müdafiə naziri” istefaya getdi

Qarabağ separatçılarının “müdafiə naziri” Karen Abramyan istefaya gedib. AzərMedia.az xəbər verir ki, bu məlumatı “Verelq.am” saytı yayıb. Nazirin istefasına səbəb qondarma rejimin qeyri-döyüş şəraitindəki itkiləri olub. Qeyd edək ki, ilin əvvəlindən bu yana Qarabağda ölən erməni hərbçilərin sayı 13-ə çatıb.   /axar.az/

Read More

Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan panel müzakirələrində diqqət çəkən ən mühüm məqamlardan biri də Xocalı soyqırımı ilə bağlı erməni tərəfinin səsləndirdiyi fikirlər oldu. Nikol Paşinyan bu soyqırımda “azərbaycanlıların əlinin olması” barədə Ayaz Mütəllibovun vaxtilə dediklərinə istinad etməyə uğursuz bir cəhd etdi və əlbəttə, cavabını da aldı. Bu cavablar sırasına Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun rəsmi açıqlamasını dərhal əlavə etməklə məsələni bağlamaq olardı, ancaq… Məsələ burasındadır ki, bu fikir – yəni Ayaz Mütəllibovun Xocalı qətliamını azərbaycanlıların törətdiyi barədə mövqeyi…

Read More

Ermənistandan SENSASİON İDDİA: Azərbaycan yaxın həftələrdə hüçuma keçəcək, əgər…

“Müharibədən qaçmaq olmaz, müharibə yalnız gecikdirilə bilər. İtalyan mütəfəkkir Nikola Makiavellinin bu tezisi təəssüf ki, Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış mövcud reallıqlara aiddir. Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər sadəcə danışıq naminədir, bu, siyasi kompromisə çatmaq üçün heç bir ciddi ümid yaratmır. Tərəflər uzun müddətdir ki, münaqişə zonasında münasibətlərin danışıqlar masasında deyil, hərbi yolla genişmiqyaslı şəkildə aydınlaşdırılması üçün açıq hazırlıqlar aparırlar”. Bu barədə Ermənistanda fəaliyyət göstərən “EADaily” nəşri yazıb. Məqalə müəllifinin fikrincə, münaqişənin həllində nəticənin əldə olunmaması artıq Azərbaycan tərəfinin xeyrinə işləməyə başlayıb: “Mövcud situasiya Ermənistanda fərqli şəkildə başa düşülür.…

Read More

Xocalı haqqında Zori Balayandan DƏHŞƏTLİ ETİRAF

Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı həddən artıq absurd və həyasız bəyanatla çıxış etdi. Paşinyan çıxışında Xocalı faciəsi ilə bağlı məqama toxunub və bildirib ki, həmin hadisələr zamanı Azərbaycan prezidenti olmuş Ayaz Mütəllibov sonralar Rusiyanın “Arqumentı i Faktı” qəzetinə açıqlamasında guya bu soyqırımı azərbaycanlıların törətdiyini deyib. Dəfələrələ ermənilərin Xocalıda törətdikləri dəhşəli etiraflarının şahidi olmuşuq. Təkcə erməni yazıçı Zori Balayanın etirafları onların bütün iç üzünü açmağa bəs edir.  AzərMedia.az axar.az-a istinadən Paşinyanın bu…

Read More

Paşinyan iki aldı… – Hələ belə rüsvay olmamışdı

Dünən Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında tarixdə ilk dəfə yaşanan debat baş tutdu. Tarixi debatda yenə öz ampulasında olan Paşinyan bir neçə cəhd etdi. Guya Ayaz Mütəllibovun Xocalı faciəsini azərbaycanlıların törətdiyini deməsini xatırlatdı. Həmçinin qondarma erməni tarixindən danışmağa çalışdı. Amma İlham Əliyev hər kəsin gözü qarşısında Paşinyana tarix dərsi keçdi. Bəli, elə söz tarixdən düşmüşkən… Tarix – ta qədim dövrlərdən bu günə qədər baş verən, real hadisələrin qədim dövrlərdə daş kitabələr, daha sonra kitablar, insan zəkasının təkamül edib yeni kəşflərlərlə radio…

Read More