Pərvin və polis sevgilisinin daha bir qalmaqallı VİDEOSU – Sinəsinə pul basdı

Məşhur aktrisa Pərvin Abıyevnına 26 yaşlı polis sevgilisi Murad Abdullayevlə ad günü məclisində çəkilən yeni görüntüsü yayılıb. AzərMedia.az xəbər verir ki, yayılan görüntülərdə aktrisa və rəqqasə Renka Muradın qarşısında oriyental oynayıb. Hətta səbəbkar rəqs edən xanımın sinəsinə pul da basıb. Pərvin Abıyevanın Muradın qarşısında rəqs etməsi diqqət çəkib. Qeyd edək ki, M.Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum…

Read More

“Bağışlayın qardaş, qələt etmişəm, keçin günahımdan” – Nadir Qafarzadə geri çəkildi

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə “İnstagram” səhifəsində marağa səbəb olan fikirlər paylaşıb. İfaçı türkiyəli şoumen Cem Yılmaz haqda ağır ifadələr işlədib. Müğənni əvvəlcə rəylərdə onu tanımadığını yazıb. Daha sonra isə Cemin ünvanına “Bunları haradan tutub gətirirlər? Vallah, tanımıram və heç maraqlı da deyil. Bizdə qıjılar azdır, biri də gəldi” sözlərini qeyd edib. Səs-küyə səbəb olan məsələyə N.Qafarzadə bu gün “Hər şey daxil” verilişində aydınlıq gətirib: “Sözdü dedim də, vurun öldürün məni. Mən doğrudan da tanımıram həmin adamı, baxmıram. Mən fikirləşdim ki, görəsən bizə niyə daha yaxşı, sanballı sənət adamlarını gətirmirlər? Gələnlər…

Read More

Elçin Əlibəyli Kərim və Lalə Məmmədova haqqında gündəmə BOMBA ATDI: gey, erməni dığası, fahişə, “Mama roza”…

“Kərim adlı məxluq artıq 3-cü dəfədir ki, mənim haqqımda əxlaqsız iddialar yazır”. AzərMedia.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında məşhur aparıcı, teletənqidçi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli deyib. Aparıcı müğənni Kərimin onun haqqında yazdığı iddialara belə cavab verib: “Guya mən ona nəsə təklif etmişəm, girişmişəm. Birincisi, mənim geylərə, LGBT-yə münasibətim loyaldır. Özləri öz həyatlarını yaşasınlar. Amma bir kişinin və ya qadının həyatına daxil olmasınlar. İkincisi isə o əxlaqsızın arvadı 2009-cu ildə mənim verilişimdə gəlib açıqladı ki, həyat yoldaşını bir neçə kişi ilə birlikdə tutub. Ondan sonra bu əxlaqsızda qaynama…

Read More

Tacirdən həbsdən çıxan Fədayə haqda ŞOK SÖZLƏR – “İşim-gücüm qurtarıb ki, onun…” / VİDEO

Tanınmış müğənni Tacir Şahmalıoğlu həmkarı Fədayə Laçınla bağlı qalmaqallı açıqlama verib. O, ARB TV-də yayımlanan “Show news” verilişinə açıqlamasında Fədayə Laçının həbsində heç bir günahı olmadığını bildirib: “Onun bacısı nə danışdığını bilmir. Fədayə Laçına sənəti mən vermişəm, oxumağı mən öyrətmişəm. Deyirlər ki, guya mən yaxşı müəllim olsam, Fədayə Laçının başına bu işlər gəlməzdi. İşim-gücüm qurtarıb ki, onun arxasınca düşüm, görüm hara gedir, nə edir?!”. Daha ətraflı videodan izləyin: (redaktor.az)

Read More

Fədayə azadlığa çıxmasını belə qeyd etdi – Fotolar

Müğənni Fədayə Laçın azadlığa çıxması münasibətilə yığıncaq təşkil edib. AzərMedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt məkanlarının birində keçirilən gecədə sənət dostları Fədayəni tək qoymayıb. Müğənni uzun fasilədən sonra səhnəyə də çıxıb. Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Read More

Prezident 3 müğənniyə fəxri adı verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında” sərəncam imzalayıb.Sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilib:Ağayeva Tünzalə Qabil qızıMirbabayev Mir Yusif Mir Heydər oğluNəcəfova Röyalə (Röya) Yaqub qızı.

Read More

“Ay çömçəbaş, bu, şou-biznes deyil, siyasətdir” – Kərim Elçin Əlibəylini təhqir etdi

Müğənni Kərim Abbasov növbəti dəfə aparıcı Elçin Əlibəyliyə söz atıb.  AzerMedia.az Musavat.com-a istinadən xəbər verir ki, o, Elçin Əlibəylinin Əli Kərimlini təhqir etdiyi üçün döyüldüyü barədə yaydığı məlumatı paylaşaraq yazıb: “Ay çömçəbaş, bu sənin üçün şou-biznes deyil ki, ağzına gələni deyəsən. Bu siyasətdir. Niyə farağat durmursan? Atalar məsəli var, amma pis olduğu üçün demirəm. Kim səni döyüb, bilmirəm. Amma əlləri dərd görməsin. Yalan deyirsənsə, inşallah doğru olar”. Qeyd edək ki, Kərim Elçin Əlibəyli haqqında bunları demişdi: “Həyatımda 3 nəfərə halallıq verməyəcəm, onlardan biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Onun…

Read More

Xalq artisti “Maşın”dan getdi

“Maşın” realiti şounun gedişində yenə də qalmaqal baş verib. Azərmedia.az xəbər verir ki,  “Maşın” realiti-şousunda növbəti səsvermə zamanı iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Niyam Salami olub. Amma səsvermə yekunlaşmamış Xalq artisti Fatma Mahmudova əlini çəkərək yarışmadan uzaqlaşıb. Aktrisa gedişinin səbəbini açıqlamayıb. Sonda N. Salami 69,36 faiz səs toplayaraq yarışmada qalıb. Amma o, heç kimi şoudan uzaqlaşdırmayıb. Qeyd edək ki, şouda oyunu müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami,  aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova  davam etdirir.

Read More

Aktyora qarşı çıxan müğənini üçün acı sonluq – VİDEO

“Maşın” realiti-şousunu daha bir nəfər tərk edib. Azərmedia.az xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Aysun İsmayılova olub. O, xalqdan dəstək istədiyini dilə gətirib: “Anam Rəqsanə İsmayılova məni sizin verdiyiniz çörəklə böyüdüb. Xalqdan dəstək istəyirəm. Anamdan başqa heç kəsim yoxdur, o da Moskvadadır. Ondan da səs istəyirəm”. Aysun oyunda qalacağı təqdirdə aktyor Məcid Hüseynovu şoudan uzaqlaşdıracağını deyib. Sonda A.İsmayılova 44,86 faiz səs toplayaraq yarışmanı özü tərk etməli olub. Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami,  aparıcılar Kəmalə Piriyeva, Lalə…

Read More

“O, məni küçə pozğununa dəyişib” – Meyxanaçının arvadından AÇIQLAMA – FOTO

Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşadığı xəbəri yayılıb. Azərmedia.az  minval.info-ya istinadən xəbər verir ki, hazırda evli olan ifaçının həyat yoldaşı Kəmalə bildirib ki, meyxanaçıdan boşanmaq üçün məhkəməyə müraciət edib: “Orxanın daha öncə də bir qadınla münasibəti var idi. Həmin qadın mənə yazdı. Mən də ayrılmaq istədim, sonra oğluma görə barışdım. Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir. Öz övladına belə münasibət bəsləyən insan mənə lazım deyil. Bir kişi ki, ailəsini, 5 yaşlı uşağını…

Read More