Əsəd çətiri altında hücum edən İran… – Türk ekspertdən şok AÇIQLAMA

Azərmedia.az axar.az-a istinadla türkiyəli ekspert Həsən Oqtayla müsahibəni təqdim edir: – 5 mart tarixində keçirilən zirvə görüşündə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İdlibdə atəşkəslə bağlı razılaşdılar. Ancaq razılaşmanın təfərrüatı tam açıqlanmayıb. Hansı detallar ola bilər? – Türkiyə Suriya münaqişəsində ciddi hesab oluna biləcək 3 müqavilənin imzalanmasına nail oldu: birinci ABŞ, sonra Rusiya ilə, sonuncu isə “Bahar qalxanı” əməliyyatının ardından imzalanmış atəşkəs razılaşmasıdır. Razılaşmanın əsas detalı ondan ibarətdir ki, Əsəd qüvvələri adı altında İran ünsürlərinin İdlibdə etdiyi hücumlar nəticəsində meydana gələn qarşıdurmalarda Türkiyə öz qətiyyətini göstərdi. Nəticədə…

Read More

Ərdoğanla Putinin görüşdüyü vaxt İranın bu addımı… – Şərh

İran regionda fəal xarici siyasət aparır və burada Tehranın maraqlarına xidmət edən bir çox şiə ideologiyalı qruplaşma mövcuddur. Xüsusilə Hizbullah Suriyada Əsəd rejiminə ən çox dəstək verən qruplaşmadır. Azərmedia.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov son zamanlar İranın Suriyada Əsəd rejiminə silah və canlı qüvvə ilə yardım etməsini şərh edərkən deyib. Politoloq bildirib ki, Suriyada Əsədə dəstək verən qüvvələrdən biri də İrandır: “İran son zamanlar regionda yenidən aktivləşib. Xüsusilə də Rusiya və Türkiyə arasında baş verən gərginlik fonunda aktivliyin müşahidə olunması maraq doğuran bir haldır. Bu gün…

Read More

“Putin mövqeyini qəflətən niyə dəyişdi, anlamadım”

Rusiya ilə münasibətlərimiz 5 il idi yaxşı davam edirdi. Hər kəs də bundan razı idi. Sonra sanki aramızdan qara pişik keçdi. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Putinlə görüşü barədə mediaya açıqlamasında deyib. O bildirib ki, Türkiyə Rusiya ilə münasibətlərdən həm iqtisadi, həm də siyasi mənada qazanc əldə edib: “Əslində hazırki münasibətlərdə çox da fərqlilik yoxdur. Zaman-zaman beynəlxalq münasibətlərdə belə fikir ayrılığı ola bilər, bu normaldır. Lakin biz Rusiya ilə belə fikir ayrılıqlarının, gərginliyin olmasını istəmərik. Çünki bizim hazırda Rusiya ilə çox yaxşı planlarımız var. Müdafiə sənayesində, nüvə…

Read More

Prezident DTX-nın həbslərindən danışdı, vəzifəli məmurlara xəbərdarlıq etdi

İsmayıllı və Neftçalanın yeni təyin edilən gənc icra başçılarını   qəbul edən dövlət başçısı İlham Əliyev yenə sərt mövqe ortaya qoydu: “Heç kim toxunulmaz deyil…” “O adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər?” Martın 5-də prezident İlham Əliyev İsmayıllı və Neftçalaya  rayonuna yeni icra başçısı təyin edib. Elə həmin gün dövlət başçısı hər iki icra başçısını qəbul edib. Prezident: “Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır” “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu…

Read More

ABŞ-dan Türkiyə-Rusiya razılaşmasına dair İLK AÇIQLAMA

ABŞ NATO müttəfiqi olduğu Türkiyədən Rusiya ilə arasında imzalanan atəşkəs razılaşmasının detallarını bölüşməsini gözləyir. Bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir. “Bu gün İdlibdə təhlükəli vəziyyətin aradan qaldırılmasına, Əsəd rejimi, Rusiya, İran və “Hizbullah” qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı bölgələrə təşkil olunan hücumlardan sonra ortaya çıxan humanitar fəlakəti yüngülləşdirəcəyini ümid etdiyimiz türk-rus atəşkəsini dəstəkləyirik. Artıq ən əhəmiyyətli hissə Əsəd və dəstəkçilərinin daimi atəşkəsin proqnozlaşdırıldığı bu razılaşmaya sadiq qalıb-qalmayacağıdır”, – açıqlamada bildirilib. Qeyd olunub ki, Suriyadakı münaqişəyə son qoymağın yeganə üsulu ölkə miqyasında atəşkəsin təmin olunması və BMT Təhlükəsizlik Şurasının 2254…

Read More

Paşinyan Gürcüstana niyə gedir? – Erməni icması və…

Ermənistanın Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstana rəsmi səfər edəcək. AzərMedia.az  xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan Gürcüstanın Baş naziri Giorgi Qaxariya, Prezident Salome Zurabişvili, Parlamentin spikeri Arçil Talakvadze və Bütün Gürcüstanın patriarxı II İliya ilə görüşəcək. Baş nazirin Tiflisdəki erməni icmasının nümayəndələri ilə görüş də planlaşdırılıb.  /Teleqraf.com/

Read More

ABŞ Türkiyəyə “Patriot”lar göndərir? – Çavuşoğlu

Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı müzakirə edilən məsələləri bu gün ABŞ Dövlət katibi Mayk Pompeo ilə də dəyərləndirdik. AzərMedia.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qarşıdakı günlərdə yenidən əlaqə saxlayacaqlar: “Mayk Pompeo ABŞ-a geri döndükdən sonra yenə bir dəyərləndirmə edəcəyik. Eyni zamanda Tramp bir neçə gün ərzində prezidentimizlə əlaqə saxlayacağını bildirmişdi. Onsuz da daim əlaqə saxlayırlar”. M.Çavuşoğlu ABŞ-ın “Patriot”ları göndərə biləcəyini də qeyd edib: “Patriot”lara ehtiyac ortadadır. ABŞ geri göndərə bilər”. Qeyd edək ki, ötən…

Read More

“Suriyanın atdığı hər bir mərmi Rusiyanındır” – Azərbaycanlı polkovnik

“Türkiyənin Suriyada “təhlükəsizlik zolağı” yaratmasına qarşı çıxan qüvvələr də var və baş verənlər məhz bunun göstəricisidir. AzərMedia.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Suriyanın İdlib bölgəsində Türkiyə hərbçilərinin qəfil hücuma məruz qalaraq, itki verməsindən sonra hadisələrin mümkün inkişafını dəyərləndirən istefada olan polkovnik Şair Ramaldanov deyib. Şair Ramaldanovun fikrincə, Suriyada gərginliyin yenidən artmasının arxasında Türkiyəni bu “teatr”dan sıxışdırmaq istəyən qüvvələrin əli var: “Hər kəsə məlumdur ki, Suriyanın ərazisində böyük dövlətlərin maraqları toqquşur. Hal-hazırda orada “birinci skripka” rolunu Rusiya oynayır. Rusiya orada özünü Suriya hökuməti tərəfindən dəvət edilmiş bir dövlət kimi aparır, oradakı…

Read More

Dünən Putinə dedim ki… – Ərdoğan DETALLARI AÇDI

Dünən hörmətli Putinə də dedim ki, sizin orda nə işiniz var? Baza quracaqsınızsa, yenə də qurun, amma bu anda bizim önümüzdən çəkilin, rejimlə baş-başa buraxın bizi. Bu sözləri Türkiyə lideri Ərdoğan ötən gün Rusiya lideri Putinlə telefon danışması ilə bağlı AKP-nin İstanbul millət vəkilləri ilə Dolmabaxça Ofisində görüşündə deyib. (axar.az)

Read More