Bütün pensiya, müavinət və təqaüdlər bu tarixədək ödəniləcək – RƏSMİ

Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiru Fazil Talıbov məlumat verib. F.Talıbov qeyd edib ki, bu ay üzrə bütün pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödənəcək: “Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq. Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb”. Nazirlik rəsmisinin sözlərinə görə, növbəti iş günlərində bu proses digər bölgələr…

Read More

İşsizlərə şad xəbər – Dövlət 250 AZN pul ödəyəcək

Gənclərin məşğulluq imkanlarının artırılması məqsədi ilə Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi yeni bir layihənin icrasına başlayıb. AzərMedia.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçiriləcək layihə işsiz və iş tapa bilməyən gənclərin məşğulluğunu artırmaqla yanaşı, onların əmək haqlarını da maliyyələşdirəcək. Əmək haqlarının maliyyələşdirmə müddəti və məbləği də müəyyənləşdirilib. Belə ki, müəssisələrdə çalışan işçilərin maaşının 50%-i işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək. Yəni, işçilərin əmək haqlarının 50%-i Beynəlxalq Əmək Təşkilatı, digər 50%-ni isə işə götürən müəssisə ödəməli olacaq. Bunun üçün dördtərəfli müqavilələr imzalanacaq. Yeni layihədən yararlanmaq istəyən gənclər rayon məşğulluq mərkəzlərində…

Read More

Minimum əməkhaqqının artırılmasına dair təkliflər hazırlanacaq – Nazirlik

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, tədbirlər Planına əsasən əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq…

Read More

Maaşlar yenə artırılacaq – Əhaliyə ŞAD XƏBƏR

Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur. AzərMedia.az xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub. Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.  /Metbuat.az/

Read More

Pensiyalar artımlarla birgə ödənildi – RƏSMİ

“Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib”.  AzərMedia.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib: “Vətəndaşlar artıq pensiyalarını ala bilərlər. Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi qrafikə uyğun olaraq ödənəcək”. Xatırladaq ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik…

Read More

Pensiyalarda ciddi artım baş verdi – Rəsmi rəqəm

Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi pensiya artımı ilə bağlı açıqlama yayıb. Axar.az-a daxil olan açıqlamada deyilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır”. Bu artım Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi…

Read More

Azərbaycanda pensiyalar artırıldı – Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. AzərMedia.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi: 1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin; 1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri…

Read More

Bu yerlərdə işçi axtarılır – İş axtaranlara ŞAD XƏBƏR

Bu ay 12 rayonda əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsi planlaşdırılır. Əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaqlar.…

Read More

Xaricdən Azərbaycana könüllü qayıdanlara avtomobillər verildi

BMqT-nin Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin edib. BMqT-nin Azərbaycandakı nümayəndəliyindən Modern.az-a bildirilib ki, layihə çərçivəsində könüllü qayıtmış şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar. BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.

Read More

Manat ucuzlaşsa, kirayə haqları necə olacaq? – AÇIQLAMA

Satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzil alan kirayəçilərin aylıq ödənişləri sonradan iqtisadi şərtlər, o cümlədən Manat devalvasiya edilsə belə dəyişdirilməyəcək, kirayəçi müqavilədə göstərilən aylıq ödəniş məbləğini ödəməkdə davam edəcəkdir. “Marja”nın məlumatına görə, İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib ki, müqavilə dövründə kirayə ödənişinin sonradan artırılması nəzərdə tutulmayıb: “Bununla bağlı indeksləşdirmə aparılmayacaq, gələcəkdə iqtisadi şəraitin dəyişməsi və digər şərtlərdən asılı olaraq kirayə haqları dəyişməyəcək, sabit qalacaqdır”.

Read More