Müəllim işləmək istəyənlərin nəzərinə – Məntiqdən imtahan verməyəcəklər

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər məntiqdən imtahan verməyəcəklər. Bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. Onun sözlərinə görə, bu il müəllim işləmək istəyənlər yalnız ixtisas fənni, metodika və pedaqogikadan imtahan verəcəklər: “Müəllimlərin ixtisas fənlərini dərindən bilməsi çox yaxşı haldır. Amma bu, onların məktəbdə yaxşı müəllim kimi fəaliyyət göstərməsi üçün kifayət deyil. Əsas məsələ şagirdlərlə necə davranmaq, şagird auditoriyasını idarəetmək, tədrisi və qiymətləndirmələri səmərəli şəkildə təşkil etməkdir. Bütün bunlar onların ciddi şəkildə metodik yanaşmalara yiyələnməsini tələb edir. Buna görə də bu il…

Read More

Məktəblər sentyabrda da açılmaya bilər – AÇIQLAMA

Hazırda bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası səbəbilə tədris prosesi dayandırılıb. Təhsil naziri Ceyhun Bayramov tədris prosesinin iyunun 1-də də bərpa olunmayacağını, dövlət bağçalarının yay mövsümündə işləməyəcəyini bildirib. Şagirdlər sinifdən-sinfə 1-ci yarımilin qiymətləri nəzərə alınaraq keçiriləcək, yəni qiymətləndirmə də aparilmayacaq.Anlaşılan odur ki, tədris prosesinin bərpası növbəti tədris ilinə qalacaq. Maraqlıdır, əgər koronavirusla bağlı vəziyyətdə yaxşılığa doğru ciddi dəyişiklik olmasa, yaxud gözlənildiyi kimi ikinci dalğa başlayarsa, tədris prosesinin sentyabrn 15-də də başlamamaq ehtimalı varmi? Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə virusun epidemioloji xüsususiyyətlərinin bəlli olmadığı üçün vəziyyətin nə…

Read More

İmtahanların keçirilməsi qaydası AÇIQLANDI

İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilkatikasına dair metodiki göstərişlər açıqlanıb. AzərMedia.az bildirir ki, TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, sənəd müxtəlif qurumların imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin…

Read More

Diplomunu ala bilməyən məzunlara ŞAD XƏBƏR

Hazırda hərbi xidmətə getməli olan və diplomunu hərbi müəssisəyə təqdim edə bilməyən məzunların xidmət müddəti daha 6 ay uzadılmayacaq. AzərMedia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. C.Bayramov qeyd edib ki, bunun üçün həmin şəxslərin valideynləri diplomu müvafiq olaraq, hərbi müəssisəyə təqdim edə bilərlər: “Karantin rejimi olsa da, həmin şəxslərin hansısa bölgəyə getməsinə güzəşt ediləcəyinə əminəm”./modern.az/

Read More

Tələbələr buraxılış işlərini onlayn formada verəcək

“Təxminən 80 faiz tələbə dövlət imtahanı verir. 20 faiz tələbə isə buraxılış işləri təqdim edirlər. Əksər hallarda dövlət imtahanları zamanı ötən illərdə olan qiymətləndirmə əsas götürüləcək”.AzərMedia.az-ın məlumatına görə,bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.Nazir qeyd edib ki, ali məktəblərdə  oxuyan tələbələrlə bağlı əvvəlki semestrlərin nəticələri əsas götürüləcək: “Ali məktəblər bunu əsas götürərək tələbələrin yekun attestasiyanın qiymətləndirilməsini keçirə bilərlər. Bu yekun attestasiyadan narazı qalan tələbələr ali məktəblərə müraciət edərək yenidən attestasiya imtahanından keçə bilərlər”. Təhsil naziri qeyd edib ki, buraxılış işləri onlayn formada ali məktəblərə təqdim…

Read More

Nazir: Tələbələrin yay imtahan sessiyası iyun-iyul aylarında olacaq

Bu il universitetlərdə tədris ilinin uzadılması nəzərdə tutulmur.  AzərMedia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. “Hərbi çağırış dövrü nəzərə alınanaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Yay imtahan sessiyası iyun – iyul aylarında keçirilməsi planlaşdırılır”. C.Bayramov deyib ki, ali məktəblərdə 176 minə yaxın tələbə təhsil alır. Nazirin sözlərinə görə, iyun-iyul aylarında imtahanda iştirak edə bilməyən tələbələr bu barədə ali təhsil müəssisələrinə məlumat verməlidirlər. C.Bayramov qeyd edib ki, həmin tələbələr üçün yeni tədris ili öncəsi, yəni avqustda imtahan…

Read More

DİM sədri 9-cu və 11-cilərin buraxılış imtahanlarının vaxtını BƏYAN ETDİ

9-cu və 11-ci sinfin buraxılış imtahanlarının iyun ayında keçirilməsi planlaşdırılıb. AzərMedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, 9-cu sinif üzrə buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi iki deyil, bir mərhələdə keçiriləcək.M.Abbaszadə qeyd edib ki, 9-cu siniflər üzrə ilk buraxılış imtahanları 1 martda Bakı, Şirvan və Naxçıvanda keçirilib “Birinci mərhələdə iştirak edənlərin nəticələri 100 ballıq şkalaya uyğunlaşdırılacaq. 1 martda iştirak edən 40 min şagird təkrar imtahanda iştirak etməyəcək”. DİM sədri deyib ki, buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan…

Read More

Şagirdlər belə qiymətləndiriləcək – Nazir açıqladı

Orta ümumtəhsil məktəblərində KSQ, BSQ kimi qiymətləndirmələr aparılmayacaq. AzərMedia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Byaramov bildirib. Nazir qeyd edib ki, qiymətləndirmə zamanı şagirdlərin əvvəlki qiymətləri nəzərə alınacaq: “Yeni tədris ilinin birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və sinifdən sinfə keçirilməsi məsələsinə baxılacaq”./modern.az/

Read More

Dərslər iyunun 1-də bərpa ediləcək? – Təhsil nazirindən AÇIQLAMA

“İyunun 1-dən tədris prosesinin bərpa edilməsi nəzərdə tutulmur”. AzərMedia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Byaramov bildirib. Nazir qeyd edib ki, tədrislə bağlı müvəqqəti qaydalar hazırlanıb:  “İmtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb. Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılıb. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımından məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi baş nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun şərait nəzərə alınaraq hazırlanıb”. C.Bayramovun sözlərinə görə, koronavirusa yoluxma halları artasa, müddətin yenidən uzadılması mümkündür. Nazir deyib ki, 2019-2020-ci tədris ilinin…

Read More