Belçikalı alimlərdən şad xəbər: Koronovirus zərərsizləşdirildi

Belçikanın Gent Universitetinin Flamand Biotexnoligiya İnstitutu koronavirusa qarşı vaksinin hazırlanmasında əhəmiyyətli yol qət olunduğunu açıqlayıb. “HaberGlobal”ın məlumatına görə, İnstitutun alimlərindən professor Xavyer Salens laboratoriya şəraitində COVID-19-u zərərsizləşdirdiklərini qeyd edib. Üniversitetin “Twitter” hesabından verilən açıqlamada Xavyer Salens və Gent Universitetinin Tibbi Biotexnologiya Mərkəzinin araşdırma qrupu tərəfindən potensial COVID-19 virusunun müalicəsi sahəsində inqilabi bir iş həyata keçirildiyi qeyd olunub./turkustan.info/

Read More

Virus barədə həqiqət və yalan: Mütəxəssislər bir-birini təkzib edir

“Koronavirus dünyada hələ bir neçə il də davam də bilər”. Azərmedia.az xəbər verir ki, bunu Lion Universitetinin Beynəlxalq İnfeksiya Tədqiqatları Mərkəzinin mütəxəssisi Bryun Lin bildirib. Onun sözlərinə görə, sadə üsullarla koronavirus və adi qrip arasındakı fərqi bilmək mümkün deyil. Həkim bu zaman ancaq müraciət edən şəxsin koronavirus yayılan bölgədən gəlməsi və ya ordan gələnlərlə təmasda olmasına diqqət yetirməli olduğunu vurğulayıb: “Ancaq insanlarda heç bir simptom müşahidə edilməyə də bilər. Yaxud onlarda yoluxma faktı ancaq bu simptomlar aşkarlandıqdan qısa müddət sonra təsdiqlənər”. Mütəxəssis qaynar içkilərin virusdan qoruduğuna dair yayılan informasiyaların da həqiqətə uyğun…

Read More

ÜST: Azərbaycan koronavirusun yayılmasının ilk mərhələsindədir

“Azərbaycanda 11 nəfərin koronavirusa yoluxmasının dərhal deyilməsi yaxşı haldır. Bütün hökumətlər yoluxma halı olduqda 48 saat içində xəbər verməlidirlər”. Azərmedia.az xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, xəstəliyin yayılmasının 3 mərhələsi var və Azərbaycan ilk mərhələdədir: “Azərbaycan hökuməti xəstəliyə yoluxma halını sərhəddə aşkarlaya bilir. Virusu içəri daxil etməməyə çalışırlar”. H.Harmancı qeyd edib ki, hər yerdə olduğu kimi Azərbaycanda da koronavirusdan ölüm halı ola biləcək. Virus yayılıbsa, ölüm halınının olmamasını gözləyə bilmərik”.  /APA/

Read More

Koronavirus hansı temperaturda məhv olacaq? – Baş infeksionistdən hər kəsi düşündürən SUALA CAVAB

2019-nCoV adlanan və ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində aşkarlanan koronavirus hazırda bütün dünyada gündəm mövzusudur. Son statistik məlumatlara görə, artıq 93 191 nəfər bu virusa yoluxub, ölənlərin sayı 3203-ə çatıb. Azərbaycanda isə 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir. Koronavirus səbəbi ilə Azərbaycanın bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Mütəxəssislərin fikirlərinə görə, bu virus üçün münbit şərait soyuq havadır. İsti hava şəraitində isə koronavirus məhv olur. Ancaq maraqlıdır ki, Oman, Küveyt kimi isti ölkələrdə də virusa yoluxanlar var. Maraqlıdır, koronavirus neçə dərəcədə tam məhv olur?…

Read More

Koronavirus haqqında bunları səhv bilirik

Adi qripdən ölənlərin sayı 60 dəfə daha çoxdur Dünya miqyasında son iki ayda 3 mindən artıq insanaın ölümünə yol açan, bütün dünyanı qorxuya salan koronavirus haqqında nə bilirik? Qulaqdan dolma informasiyalar çoxlarınını səhv addım atmağa sövq edir. Bəs koronavirusla bağlı ən çox doğru bilinən yanlışlar hansılardır? 1.  Koronavirus yeni çıxan ən təhlküəli virusdur – Səhv  Bu yeni virus deyil. Koronavirus 2003-cü ildə SARS və 2012-ci ildə İordaniya, Sonra Səudiyyə Ərəbistanında görülən MERS  xəstəliyini yaradan virusdur. Koronavirus da təhlükəlidir, amma ona ən qorxulu gözü ilə baxmaq olmaz. 2. Virusa yoluxanlar ölürlər – Səhv  Bu hədd…

Read More

Koronavirusa qarşı vaksinin istifadəsi bu tarixdə mümkün olacaq – Professor AÇIQLADI

Virusa qarşı peyvənd 90 gün ərzində istifadəyə hazır ola bilər. Bunu türkiyəli professor Osman Müftüoğlu deyib. Professor “Koronavirus peyvəndi yaxında əlimizdə ola bilər” başlıqlı yazısında “İsrailli alimlər koronavirus peyvəndini hazırlamağın bir addımlığındadır. Hər şey yolunda gedərsə, bir neçə həftə içində peyvənd istifadəyə hazır hala gələ biləcək”, deyə bildirib. Qeyd edək ki, İsrailin “MIGAL” Araşdırma Mərkəzi daha əvvəl toyuqlardakı infeksion viral bronxitə qarşı istifadə edilən peyvəndin mövcud koronavirusa qarşı da istifadə edilə biləcəyini açıqlamışdı. (publika.az)

Read More

Xəstələrin çoxu koronavirusu evdə keçirir, lakin xəbərləri olmur

Dünya ölkələri Çində yayılan və getdikcə daha çox ölkəyə yayılan koronavirus təhlükəsi ilə təşviç içindədir. AzərMedia.az medicina.az-a istinadən xəbər verir ki, Türkiyədə bir professorun açıqlaması diqqət cəlb edib. Belə ki, İstanbul Təbib Otağı qurumunun rəhbəri professor Pınar Saip bildirib ki, xəstəlik heç də həmişə insanı ölümcül hala salmır. Xəstələrin çoxu bu virusu evdə keçirir və biz bunun fərqində deyilik. Onun sözlərinə görə, ümumilikdə virusa yoluxan dünya əhalisinin sadəcə 15%-i ağırlaşıb. Qalan şəxslər isə müalicə ilə virusa mübarizə apara bilib. Hətta, onların arasında xəstəliyə qalib gələnlər də var. Professor insanlara səslənərək panikaya…

Read More

Koronavirusa qarşı yapon həkimdən METOD – Virus sizə yaxın gəlməyəcək

Bu resepti əslində yapon alimi 2015-ci ildə qrip epidemiyası zamanı tövsiyə etmişdi və bütün rus informasiya mənbələrində yayılmışdı. Koronavirusun da virus mənşəli olduğunu nəzərə alsaq, bu üsulun işə yarayacağını demək olar.Deyilənə görə, bunu müntəzəm edən illərlə qrip olmur.Azərmedia.az Medicina.az-a istinadən bu sadə resepti təqdim edir.Bir stəkan ilıq suya 1 qaşıq xörək duzu və 3 damcı yod əlavə edilib qarışdırılır.Bu qarışımla burun dəlikləri yuyulur. Belə ki, yuyulmanı şprislə edə bilərsiz.Daha sonra boğaz qarqara olunur.Bir stəkan yodlu suyun hamısı istifadə olunmalıdır.Hər dəfə yenisi düzəlir.Gündə 1 dəfə edə bilərsizBurunu yumaq üçün suyu nəlbəkiyə töküb,…

Read More

Azərbaycanda bu insanlar koronavirusa yoluxa bilər – RİSK SİYAHISI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev da bir çox xəstəliyi olanların daha ehtiyatlı olmasını bildirib.AzərMedia.az xəbər verir ki, risk qrupuna daxil pasiyentlər:– Vərəm xəstələri– Bronxit və pnevmoniyası olanlar– Leykoz xəstələri– Onkoloji xəstələr– Astma və bronxial allergiyası olanlar– Ağır əməliyyat keçirmiş şəxslər– Hamilələr– Yaşı 60-dan yuxarı və xroniki xəstəliyi olan yaşlılar– Diabet xəstələri– Çox siqaret çəkənlər– Kəskin ürək-damar, tənəffüs çatışmazlığı olanlar– QİÇS, sifilis xəstələri /Medicina.az

Read More