Yolxucu xəstəliklər işçi qrupunun rəhbəri açıqladı: Kimlər koronavirusa yoluxmanı daha şiddətli keçirə bilər?

“Əgər hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir”. AzərMedia.az məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yolxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq: “Yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək. Qeyd edim ki, həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlanıla bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət…

Read More

Qoruyucu maskalardan düzgün istifadə QAYDALARI

Koronavirusun yayılma təhlükəsini nəzərə alaraq, son gün günlər ərzində Azərbaycanda da qoruyucu maskalardan istifadə edənlərin sayı artıb. AzərMedia.az-ın məlumatına görə, belə bir şəraitdə maskalardan istifadə etmək müsbət bir hal olsa da, insanların əksəriyyəti maskalardan düzgün istifadə edə bilmir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə isə maskalardan istifadə zamanı bir sıra şərtlərə mütləq şəkildə istifadə etmək lazımdır. Belə ki, ağız və burun maska ilə tam bağlanılmalıdır. Maska taxarkən əmin olmaq lazımdır ki, üzlə maska arasında boşluq qalmayıb. Maskadan istifadə edərkən ona toxunmaq olmaz. Əgər maskaya toxunulacaqsa, onda əllər spirt məhlulu ilə təmizlənməli…

Read More

Koronavirusdan necə qorunmalı? – TÖVSİYƏLƏR

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələrini açıqlayıb. Həmin tövsiyələri təqdim edirik: Özünüzü və başqalarını xəstəlikdən qoruyun • Əllərinizi yuyun • öskürdükdən və asqırdıqdan sonra • xəstələrə qulluq edərkən • yemək hazırlayərkən, əvvəl və sonra • yeməkdən əvvəl • tualet istifadəsindən sonra • əllər vizual olaraq çirkli göründükdə • heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra Əllərinizi yuyun • Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun • Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə…

Read More

Koronavirusa görə yoxlanılan tələbələrin analizlərinin cavabı mənfidir – RƏSMİ

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Kliniki Tibbi Mərkəzin Yoluxucu şöbəsində müalicə alan xəstələrlə bağlı məlumat açıqlayıb. Qurumlardan Modern.az-a daxil olan məlumata görə, xəstəxanaya yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfidir: “Onlarda hər-hansı bir virus aşkarlanmayıb. Gün ərzində onların evə buraxılacaqları gözlənilir”.

Read More

Xəstəxanalarda ödəniş kartla aparılacaq – Agentlik

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişləri nağdsız qaydada həyata keçirmək məqsədi ilə Azərbaycan Beynəlxalq Bankı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə bank kartları buraxıb. Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, bu kartlar vasitəsilə tibb müəssisələrində müştərək maliyyələşmə məbləğini, Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərin tarifini və s. bu kimi ödənişləri nağdsız qaydada həyata keçirmək mümkündür. Hər hansısa bank kartına sahib olmayan şəxslər kartı Azərbaycan Beynəlxalq Bankının icbari tibbi sığorta tətbiq edilən ərazilərdəki filial və şöbələrindən şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz ala bilərlər. “Nağdsız hesablaşmalar haqqında” qanunun tələbinə uyğun…

Read More

Azərbaycanda daha 2 tələbə xəstəxanaya yerləşdirildi – Koronavirusa görə

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. AzərMedia.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha 2 nəfər yerləşdirilib. Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya, daha sonra isə Bakıya gəlib: “Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün Kliniki Tibbi Mərkəzə çatdırılıblar”. Bildirilib ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə əlaqəsi…

Read More

Baş nazirdən ali məktəblərə qəbul imtahanı ilə bağlı mühüm QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb. Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imatahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb. Qeyd edək ki, bundan əvvəl həmin imtahanın davametmə müddəti 45 dəqiqə idi. Xatırladaq ki, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən…

Read More

Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır

Azərbaycanın Nazirlər Kabineti yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərar verib. Qərarda ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılmasının məhdudlaşdırılması öz əksini tapıb. Mövcud qərar ölkədə bəzi tibbi ləvazimat və preparatlarla bağlı qıtlığın yaranmamasına xidmət etsə də, vətəndaşlar arasında müəyyən narazılıqlar yaradıb. Belə ki, paytaxt…

Read More

Bakıda koronovirusla bağlı məlumat lövhələri yerləşdirildi – FOTO

Ölümcül koronavirusla bağlı apteklərdə xəstəlikdən qorunma yolları ilə bağlı məlumat lövhələri yerləşdirilib. Məlumatda koronovirusdan qorunmağın yolları göstərilib. Məlumat lövhəsində qeyd edilib ki, sabunla 20 saniyədən az olmamaq şərtilə əlləri yumaq lazımdır. Çirkli əllərlə gözə, buruna, ağıza toxunmaq olmaz. Əlləri gün ərzində dezinfeksiya edici vasitələrlə (spirt, xlorheqsidin, antibakterial solfet) silmək tövsiyə edilib. Asqıran və öskürən insanlardan qaçmaq, qoruyucu vasitələrdən istifadə etmək mütləqdir. Məlumat lövhəsində qeyd edilib ki, otağın havasını tez-tez dəyişmək lazımdır. Həmçinin qeyd edilib ki, bədən temperaturu 38 dərəcədən yüksək olduğu təqdirdə həkimə müraciət etmək vacibdir. (axar.az)

Read More