Trampdan şok: Ölüm çox olsa da, bunu etməliyik

ABŞ-da COVİD-19-la bağlı məhdudiyyətlərin yumşaldılması zamanı ölümlər olsa da, biz iqtisadiyyatı canlandırmalıyıq.  Azərmedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ölkə mətbuatına açıqlamasında deyib. O bildirib ki, artıq insanları evdə saxlamaq olmaz: “Virus tamamilə bitənə qədər ölkədə çox insan öləcək. Peyvəndin hazırlanması ilə bağlı işlər yaxşı gedir. Ancaq peyvənd olsun və ya olmasın, virus bitəcək və normal həyat tərzimizə qayıdacağıq”.   /Axar.az/

Read More

Rusiya dəhşətli vəziyyətlə ÜZ-ÜZƏ: Putin çıxış yolu tapa bilmir

Koronavirus pandemiyası Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb. Prezident Vladimir Putin 2009-cu ildə yaşanan qlobal maliyyə böhranından daha çətin vəziyyətin olacağını, Beynəlxalq Valyuta Fondu (BMF) isə Rusiya iqtisadiyyatının bu il 5,5 faiz kiçiləcəyini proqnozlaşdırır. Keçmiş maliyyə naziri Aleksey Kudrin işsizlərin sayının 2,5 milyondan 8 milyona qədər artacağını bildirir. Bütün bunların fonunda hökumətin neft gəlirlərindən əldə edilən 165 milyard dollar rezervdən istifadə etmək istəməməsi tənqidlərə səbəb olub. AzərMedia.az xəbər verir ki, mütəxəssislər vəziyyətin daha böhranlı olacağını hesab edirlər. Paris Siyasi Elmlər Akademiyasının (Sciences Po) iqtisadçı professoru Sergey Quriyev atılan addımların yetərli olmadığını bildirib. “Pandemiyaya…

Read More

İrana üçtərəfli şok: ABŞ ağır zərbələr endirir

İran tarixinin ən çətin dövrünü yaşayır. Ölkə əvvəlcə Qərbin sanksiyalarına görə iqtisadi çətinliklərə məruz qaldı, daha sonra isə koronavirus pandemiyası burada sürətlə yayılmağa başladı. Bu azmış kimi neftin qiymətinin düşməsi İran iqtisadiyyatını darmadağın etdi. Azərmedia.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu İranın ABŞ-ın İraqdakı Taci düşərgəsini raketlə vurmasını şərh edərkən deyib. O bildirib ki, yuxarıdakı səbəblərə görə İran regionda dəstəklədiyi radikal şiə qruplaşmaları yenidən aktivləşdirib: “Bunun ən bariz nümunəsi bir müddət öncə Suriya Prezidenti Bəşər Əsədin hücumlarında əsas zərbəçi qüvvənin İran tərəfindən dəstəklənən radikal qruplaşmalar olmasıdır. ABŞ-ın İraqdakı Taci…

Read More

İtaliyada sutka ərzində COVID-19-dan rekord ölüm hadisəsi qeydə alınıb

İtaliyada martın 13-də sutka ərzində 250 nəfər yeni tipli koronavirus xəstəliyindən dünyasını dəyişib. Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin sözlərinə əsasən, xəstəlik baş qaldırandan bəri ümumilikdə 1266 nəfər dünyasını dəyişib. “İtaliya COVID-19-a  yoluxmuş şəxslərin ümumi sayı 17660 nəfərə çatıb, hal-hazırda onlardan 1439 nəfəri sağalaraq evlərinə buraxılıb”, – deyə Borrelli bildirib. O qeyd edib ki, ölənlərin orta yaşı 80-dən çoxdur.  /oxu.az/

Read More

Paşinyan ailəsi ilə İrəvandan qaçdı…

“Həyat yoldaşım Braziliya prezidentinin xanımı ilə görüşüb və onu qucaqlayıb…” Azərmedia.az News.am saytına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və ailəsi qəflətən Sevan kənarındakı  bağına gedərək özünü izolyasiya edib. Bunu baş nazir “Facebook” sosial şəbəkəsində canlı yayımla elan edib.Paşinyanın sözlərinə görə, sabah koronavirus testindən keçəcəklər.“Dünəndən narahat olmuşuq, Braziliya prezidentində koronavirusun olduğu təsdiqini tapandan sonra  özümüzdən ayrılmaq qərarına gəldik. Bu axşam Sevan yolunda testin müsbət nəticə verdiyini öyrəndik. Bilirsiniz ki, Martın 7-də həyat yoldaşım Anna Braziliya prezidentinin xanımı ilə görüşüb və işə bax ki, onu qucaqlayıb və foto çəkdirib.…

Read More

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda ötən gün ərzində 63 nəfər yeni koronavirus nəticəsində dünyasını dəyişib.Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat verib. Nazirliyin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur bildirib ki, İranda ümumilikdə bu virus nəticəsində ölənlərin sayı 354 nəfərə çatıb.Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 9 min nəfərə yüksəldiyini deyib.Cahanpur əlavə edib ki, ötən gün ərzində 958 nəfər bu virusa yoluxub. Bu günə qədər isə bu xəstəlikdən cəmi 2 959 nəfər sağalıb.  /medicina.az/

Read More

Kimsə Hitlerin hücumunu təkrarlasa… – Putin hədələdi

Rusiya Hitler Almaniyasının SSRİ-yə hücum cəhdini təkrarlamağa cəsarət edən istənilən aqressora cavab verməyə hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Sovet İttifaqı nasist Almaniyası tərəfindən çox qorxulu, dəhşətli, bağışlanmaz hücuma məruz qaldı, biz 27 milyon insan itirdik. Dünyanın heç bir ölkəsi belə itkiyə məruz qalmayıb. Əgər kimsə nəsə oxşar şeyi etməyə cəhd etsə, biz təkrar cavab verməyə hazırıq”, – deyə o bildirib. (axar.az)

Read More

Rusiya və NATO qırıcıları arasında GƏRGİN ANLAR – 15 saat…

NATO təlimlərindən bir neçə saat əvvəl kəşfiyyat məqsədiylə havaya qalxan Rusiya təyyarələri Böyük Britaniya qırıcılarının təzyiqinə məruz qalıb. Azərmedia.az xəbər verir ki, Rusiya tərəfi NATO-nun təlimlər keçirəcəyi ərazilərə yaxın bölgələrdə uçuşlar keçirəcəyi barədə açıqlama verib. NATO bunun kəşfiyyat uçuşları olduğunu irəli sürərək, Rusiya təyyarələrini təqib edib. Məlumata görə, gərginlik 15 saat davam edib. Britaniyalı pilotlar bir neçə dəfə rusiyalı pilotların uçuşlarına mane olmaq üçün təzyiq göstəriblər. Qeyd edək ki, NATO ölkələri ötən gün hərbi təlimlərə başlayıb.  /Publika.az/

Read More

İtaliya koronavirusdan ölümə görə dünyada birinci oldu

İtaliya koronavirusdan ölüm nisbətinə görə dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə virusa yoluxan hər 20-ci şəxs dünyasını dəyişib. Azərmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin hazırladığı statistik xülasədə qeyd olunub. Bazar günü ( 8 mart – Red) İtaliyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb – 366 nəfər (yoluxmuş 7 300 nəfərdən 4.96%). Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb. Koronavirusdan ən aşağı ölüm nisbəti Cənubi Koreyadır. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib. Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.…

Read More