Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı

Çeçenistanda Fransa Prezidenti Emmanuel Makron “dünyanın bir nömrəli terrorçusu” adlandırılıb.
“Moskovskiy Komsomolets”in məlumatına görə, belə bir bəyanatla Çeçenistan Müftisi Salah-Hacı Mejiyev çıxış edib.  O, Fransada Məhəmməd Peyğəmbərin karikaturalarının yayılmasını kəskin tənqid edərək, bunu İslam dininə qarşı planlı aksiya adlandırıb və yeni qurbanlara səbəb olacağını deyib.
“Makron, sən dünyanın bir nömrəli terrorçususan. Peyğəmbərimizi təhqir etməklə… sən bütün peyğəmbərləri və bütün dinləri təhqir edirsən. Sən bəşəriyyətin düşməni və əxlaqi prinsiplərə, dəyərlərə sahib olmayan birisən”, – deyə müfti özünün “Instagram” hesabında bəyan edib.
Xatırladaq ki, Makronun Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasına  icazə verməsi müsəlman dövlətlərində narazılıqla qarşılanıb, hətta bir sıra ölkələrdə Fransa məhsulları boykot edilib.(oxu.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •