Dollar bahalaşaraq son 2 ilin ən yüksək həddinə çatdı

Türkiyədə dollar və avronun məzənnəsində kəskin bahalaşma qeydə alınıb.

Azərmedia.az Türkiyə birjasına istinadən xəbər verir ki, dolların məzənnəsində son 2 ilin ən yüksək məzənnəsi qeydə alınıb.

Hazırda 1 dollar 7.16 lirəyə mübadilə olunur ki, bu da 1.28 faiz bahalaşma deməkdir.

Avronun məzənnəsində isə 0.83 faiz bahalaşma müşahidə olunub. Hazırda 1 avro 7.73 lirə səviyyəsinə çatıb.

Qızılın qiymətində isə ucuzlaşma qeydə alınıb. Hazırda birjalardan qızılın 1 unsiyası 1702 dollara təklif olunur ki, bu da 0.20 faiz ucuzlaşma deməkdir.    /Cebhe.info/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts