Erməni partiya sədri: “Ermənistanın İranla sərhədi hər an bağlana bilər”

“Ermənistan İranla sərhədi hər an bağlana bilər və əsas səbəb Ermənistanın hazırkı hakimiyyətinin səriştəsiz xarici siyasətidir ki, bu da aşağıdakına səbəb ola bilər: həyat yolumuz olan İranla yol Ermənistan hakimiyyətinin İrana qarşı düşmən davranışı səbəbilə bağlana bilər”.

AzərMedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyan deyib.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani Ermənistanın müstəqillik bayramını üç gün gecikmə ilə təbrik edib.

Qarnik İsaqulyanın sözlərinə görə, İran hər hansı bir şeyi gecikmə ilə edirsə, deməli bu, müəyyən mesaj xarakteri daşıyır.

“Kimsə demədi ki, səbəb nə idi”, – deyə o qeyd edib.

İsaqulyan bildirib ki, Ermənistan hakimiyyətinin İran rəhbərliyinə qarşı münasibəti düşmən münasibətidir: “İndi təsəvvür edin ki, İranla sərhəd iki aylıq bağlansın. Qarabağ və Meğrini itirəcəyik”. /ordu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •