Ermənilər çətin durumda: Vardanes-Kəlbəcər yolu bağlandı

Ermənistan tərəfi Vardanes-Kəlbəcər yolunu bağladığını elan edib.

AzərMedia.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Sotk-Kəlbəcər yolu boyunca nəqliyyatın hərəkəti təhlükəsizlik səbəbindən müvəqqəti bağlanır.

Nazirlik bu addımını Azərbaycan Ordusunun yol və yaxınlığındakı məntəqələrə nəzarət edə bilməsi ilə əsaslandırıb.

Qeyd edək ki, Vardanes-Kəlbəcər magistral yolu əslində Qarabağla quru əlaqəsini təmin edən yollardan biridir.

Xatırladaq ki, müharibənin birinci həftəsində Azərbaycan Müdafiə Nazirliyi strateji əhəmiyyətli Murovdağ yüksəkliyinin geri qaytarıldığını elan etmişdi, bu səbəbdən Vardenis-Ağdərə magistral yolu vizual və atəş nəzarətinə keçib./teleqraf.com/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •