Ermənistan 2425 əsgərinin öldüyünü təsdiq etdi

Sentyabrın 27-dən bu günə qədər Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiq edilib.

AzərMedia.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlardır.

“Dünən axşam etibarilə bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib” – deyə, o qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti Qarabağ müharibəsindəki real itkilərini məqsədyönlü şəkildə gizlədir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •