Ermənistan Müdafiə Nazirliyi: “Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”

Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki son vəziyyətlə bağlı açıqlama yayıb.

AzərMedia.az xəbər verir ki, Nazirliyin rəsmisi Artsrun Ovannisyan hazırda təmas xəttinin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlayıb.

“Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”. O, xüsusən şimal və cənub-şərq istiqamətində vəziyyətin gərgin olduğunu əlavə edib.

Xatırladaq ki, Ermənistan atəşkəs barədə razılaşmanı pozaraq təmas xəttinin bütün istiqamətlərində mövqelərimizə hücumlar edərək çoxsaylı itkilər verir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •