Ermənistan ordusu Ağdam rayonunu tam boşaldıb – RƏSMİ

Ermənistan ordusu 27 il işğal altında saxladığı Ağdam rayonunu tam şəkildə tərk edib.

 AzərMedia.az  xəbər verir ki, bu barədə Rusiya sülhməramlı missiyasından açıqlama verilib.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal olunmuşdu. BMT Təhılükəsizlik Şurasının 854 saylı qətnaməsi erməni qüvvələrindən rayonu qeyd-şərtsiz tərk etməyi tələb edirdi.

Rayonun azad edilməsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmasına əsasən, nəzərdə tutulmuşdu.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •