Ermənistan terrorçu və işğalçı dövlətdir – Türkiyənin vitse-prezidenti

Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir.

AzərMedia.az-ın məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi: “Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur”.

Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənisanın cinayətləri qarşısında susması təəssüf doğurur: “Bu cinayətlər cəzasız qalmayacaq”./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •