Ermənistanda rəzalət:“Mənəm” hərbi proqramında iştirak etməyə müraciət edən olmadı…

“Mənəm” proqramının iştirakçılarının sayı artmır, əksinə durmadan azalır”.
AzərMedia.az xəbər verir ki, bunu Ermənistanın işğal altında olan Qarabağda formalaşdırdığı qondarma qurumun “nümayəndəsi” Tiqran Abrahamyan öz məqaləsində qeyd edib.

Abrahamyanın sözlərinə görə, proqramı ya bağlamaq, ya da yenidən qurmaq lazımdır.

“Mənəm” proqramı üzrə ilk hərbi çağırış 2017-ci ilin qışında təşkil olunub. Qeyd olunan proqram çərçivəsində 515 nəfər hərbi xidmət keçmək üçün müraciət edib və Ermənistan Silahlı Qüvvələrinə çağırılıb.

Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, 2017-ci ilin qışında 142, 2018-ci ilin yayında 117, 2018-ci ilin qışında 94, 2019-cu ilin yayında 89, 2019-cu ilin qışında isə 73 nəfər müraciət edib.

Həmçinin məlum olub ki, 2020-ci ilin yay hərbi çağırışı zamanı “Mənəm” proqramı üzrə hərbi xidmət keçmək üçün müraciət Ermənistandan yox, Qarabağdan qeydə alınıb./ordu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •