Ermənistanda yeni xarici işlər naziri TƏYİN OLUNDU

Ermənistan prezidenti Armen Sarkisyan Ara Ayvazyanı xarici işlər naziri vəzifəsinə təyin edib.

AzərMedia.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə prezidentinin fərman imzalayıb.

Qeyd edək ki, bundan əvvəl XİN rəhbəri olmuş Zöhrab Mnatsakanyan noyabrın 16-da istefa verib. 

Paşinyanın imzaladığı fərmanla Ara Ayvazyan ötən ay Xarici İşlər nazirinin müavini təyin edilmişdi.

Bundan əvvəl Ayvazyan Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri vəzifəsində çalışıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •