Gələcəyimiz Avropadadır, ancaq Rusiya… – Ərdoğan

Avropa Birliyindən (AB) Türkiyəyə verdiyi sözləri tutmasını, ayrı-seçkilik etməməsini istəyirik.

AzərMedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.

O qeyd edib ki, AB-dən heç olmasa, Türkiyəyə qarşı açıq-aşkar düşmənçilik edənlərə alət olmamalarını gözləyir:

“Özümüzü başqa yerdə deyil, Avropada görürük. Gələcəyimizi Avropa ilə birlikdə qurmağı təsəvvür edirik. Eyni zamanda, bütün regional və qlobal məsələlərin həlli üçün ABŞ-la uzun və yaxın müttəfiqlik münasibətlərimizdən fəal şəkildə istifadə etmək istəyirik.

Həmçinin, Rusiya və İran kimi köklü tarixi münasibətlərimiz olan ölkələri də heç vaxt gözardı edə bilmərik”./axar.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •