İlham Əliyev: “Yaxın vaxtlarda Füzuli ilə bağlı çox yaxşı xəbərlər gələcək”

“Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir. Bizim əməliyyatlarımız davam edir. Təxminən 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi işğaldan azad edilib. Yaxın vaxtlarda da şad xəbərlər gələcək. Biz əsas əməliyyatları indi şimal və cənub istiqamətlərində aparırıq”.

AzərMedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

“Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, – deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev bildirib ki, hazırda əsas əməliyyatlar şimal, cənub istiqamətlərində aparılır:


“Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib və Cəbrayıl şəhərinin kəndlərinin böyük qismi artıq bizdədir”, – deyən ölkə başçısı yaxın vaxtlarda növbəti sevincli xəbərlər eşidəcəyimizi bildirib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •