İrəvana gizli İran yükü: MƏXFİ reyslər və İFŞA – FOTOLAR

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ƏTRAFINDA GƏRGİNLİK, ERMƏNİSTAN RƏHBƏRLİYİNİN AQRESSİV RİTORİKASI VƏ TƏMAS XƏTTİNDƏ ERMƏNİLƏRİN MÜNTƏZƏM TƏXRİBATLARI MÜHÜM BİR SUALIN SƏSLƏNDİRİLMƏSİNİ QAÇILMAZ EDİR: ERMƏNİSTANI KİM VƏ NECƏ SİLAHLANDIRIR? ÖZÜNÜ TƏCRİDƏ YUVARLATMIŞ ÖLKƏ NECƏ OLUR Kİ, QƏFLƏTƏN HƏRBİ TEXNİKA, SURSAT, HƏRBİ-TEXNİKİ VASİTƏLƏRLƏ TƏMİN OLUNUR?

Bu yaxınlarda, iyul ayında Tovuzdakı döyüşlərdə bu sual xüsusi aktuallıq kəsb etdi: Rusiyadan, Serbiyadan və başqa ölkələrdən Ermənistana çox müəmmalı aviareyslər aşkarlandı. Təyyarələr bir qayda olaraq Ermənistana hərbi yüklər daşıyırdılar. Özü də əksər hallarda dolanbac marşrutlarla.

AzərMedia.az bildirir ki, Day.Az bu problemdən təfərrüatlı şəkildə bəhs etmişdi.

Azərbaycan qəti etirazını bildirdi – özü də tək yük yollayan ölkələr yox, həm də bu tranzit üçün səmasını təqdim etmiş dövlətlərə. Silah və hərbi texnika daşınmasının qaydaları tələb edir ki, “hava dəhlizi” verən ölkə yük, onun daşındığı son məkan barədə məlumatlanmalıdır. Lakin bu qaydalara əməl olunubmu – dəqiq bilinmir.

Belə ölkələr arasında qonşu İran da var.

Day.Az son həftələrdə İran-Küveyt marşrutu ilə gerçəkləşdirilmiş çox qəribə aviareyslər barədə məlumatlar əldə edib. “Maraqlı”dır ki, o reyslərin hamısı Ermənistandan keçməklə, İrəvandakı Zvartnos hava limanına enişlə gerçəkləşdirilib.

Beləliklə…

Avqustun 13-də İranın “Fars Air Qeshm” aviaşirkətinin Boeing 747 təyyarəsi yerli vaxtla 16.05-də Tehrandan İrəvana uçub. Təyyarə İrəvan hava limanında 7 saat qalıb, sonra Küveytə uçub, avqustun 14-də, səhər saatlarında isə oradan Tehrana qayıdıb.

Bir həftə keçib və 21 avqustda yerli vaxtla 15.00-da “Fars Air Qeshm” aviaşirkətinin elə həmin Boeing 747 təyyarəsi Tehrandan İrəvana uçub. Ertəsi gün səhər erkən saatlarda təyyarə İrəvandan Küveytə yollanıb. Avqustun 22-də isə Küveytdən Tehrana qayıdıb.

Bu reyslər müntəhəm olmayıb. Növbəti müəmmalı aviareys 26-27 avqustda olub. Yenə Boeing 747, yenə “Fars Air Qeshm” və yenə də Tehran-İrəvan-Küveyt marşrutu, oradan da geriyə, Tehrana.

Sentyabrın əvvəlində daha bir insident olub. Mediada yayılan xəbərlərlə görə, nömrə nişanları olmayan hərbi yük maşınlarından və digr xüsusi texnikadan ibarət karvan İran-Ermənistan sərhədini “Norduz” nəzarət-buraxılış məntəqəsindən keçib.

Yeri gəlmişkən, bir qədər əvvəl digər qonşumuz – Gürcüstan ərazisini Ermənistana hərbi tranzit üçün qapalı elan etmişdi.

İrandan isə yüklər heç bir problem olmadan keçib.

İranın Bakıdakı səfirliyi onda bəyan etmişdi ki, bütün bunlar hansısa “üçüncü qüvvələrin yaydığı yalan və dezinformasiyadır”.

“Belə informasiya iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərin pozulmasına yönəlib, həqiqətə əsla uyğun deyil”, – səfirliyin məlumatında deyilirdi.

Dostluq və əməkdaşlıq gerçəkdən də ölkələr arasındakı istənilən ikitərəfli münasibətlərin mühüm göstəriciləridir. Bununla belə, İrandan Küveytə müəmmalı, İrəvandakı aeroportda saatlarla dayanmaqla qəribə uçuşlar nəinki dyanmayıb, əksin, daha da intensivləşib.

Özü də tək İrana yox.

Məsələn, sentyabrın 15-də elə həmin “Fars Air Qeshm” aviaşirkətinin Boeing 747 təyyarəsi Tehrandan İrəvana uçub, orada bir neçə saat qalıb, sonra “adət edilmiş” marşurtla Küveytə yollanıb. Küveytdən isə həmin təyyarə təbii ki, birbaşa Tehrana qayıdıb.

Sentyabrın 16-da isə sözügedən aviaşirkət təyyarəsini Tehrandan İrəvana yollayıb. Zvartnots hava limanında 7 saat qalan təyyarə sonradan Birləşmiş Ərəb Əmirliklərinə, Ras əl Hayma yolanıb. Ertəsi gün təyyarə Tehrana qayıdıb.

Sentyabrın 17-də də Tehran-İrəvan-Küveyt-Tehran marşrutu ilə daha bir reys gerçəkləşdirilib.

Beləliklə, demək olar ki, Tehrandan ən azı 7 müəmmalı aviareyslə yüklər İrəvandan keçməklə daşınıb. Bütün avieryslərdə İran aviaşirkətinin təyyarəsi olub və o, nədənsə Tehrandan Küveytə birbaşa yox, Ermənistandan keçməklə uçub.

Ciddi suallar yaranır. Bu Boeing-lər İrəvana niyə uçub? Tehrandan Ermənistana nə daşınıb? Ermənistandan sonradan Küveytə nə daşınıb?

Bölgədəki gərginliyi, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı eskalasiyasını və silahla hərbi texnikann əvvəllər də Ermənistana üçüncü ölkələr vasitəsilə daşınmasının sübut olunduğunu nəzərə alsaq, suallar aktual və əsaslıdır.

İran qonşumuz və tərəfdaşımızdır. Əgər həmin təyyarələrlə “spesifik” yüklər daşınmayıbsa, düşünürük ki, İran tərəfi Azərbaycanın narahatlığını anlayacaq, qəribə vəziyyətə aydınlıq gətirəcək.

Fəqət redaksiyamızın əldə etdiyii sənədlər və məlumatlar  bizi düşünməyə vadar ki, müsəlman ölkələrinin birliyi və İran məmurlardan eşitdiyimiz digər çoxsaylı ifadələrlə sözləri əməllərlə də sübut etmək heç pis olmazdı.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •