İrana tətbiq olunan silah embarqosunun müddəti başa çatdı

İranla hərbi-texniki əməkdaşlığa dair məhdudiyyətlərin müddəti başa çatıb.

AzərMedia.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Silahların ötürülməsinə qoyulmuş bütün məhdudiyyətlər, bununla əlaqəli fəaliyyətlər, İrana və İran tərəfindən maliyyə xidmətlərinin göstərilməsi, eləcə də əvvəllər bir sıra İran vətəndaşlarına və rəsmi hərbi vəzifəlilərə qarşı tətbiq olunan ölkəyə giriş və ya BMT üzvü olan dövlətlərin ərazilərindən tranzitlə keçməklə bağlı bütün qadağalar avtomatik olaraq fəaliyyətini dayandırır”, – məlumatda belə deyilir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •