İzmirdə zəlzələdən dağılmış evləri tikənlər HƏBS EDİLDİ

Türkiyənin İzmir şəhərində baş vermiş güclü zəlzələ nəticəsində uçmuş evlərin tikintisində iştirak edən 7 nəfər həbs olunub.

AzərMedia.az xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb.

Saxlanılan daha iki nəfər isə şərti olaraq sərbəst buraxılıb.

Qeyd edək ki, İzmirdə 10 min 287 binada araşdırma aparılıb. 124 ağır, 119 orta və az zərər görən 730 bina təsbit edilib. Ağır vəziyyətdə olan 124 bina təcili olaraq söküləcək.

Zəlzələ nəticəsində 114 nəfər həlak olub, 1035 vətəndaş xəsarət alıb. /modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •