Koronavirus hansı temperaturda məhv olacaq? – Baş infeksionistdən hər kəsi düşündürən SUALA CAVAB

2019-nCoV adlanan və ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində aşkarlanan koronavirus hazırda bütün dünyada gündəm mövzusudur.

Son statistik məlumatlara görə, artıq 93 191 nəfər bu virusa yoluxub, ölənlərin sayı 3203-ə çatıb. Azərbaycanda isə 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir.

Koronavirus səbəbi ilə Azərbaycanın bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Mütəxəssislərin fikirlərinə görə, bu virus üçün münbit şərait soyuq havadır. İsti hava şəraitində isə koronavirus məhv olur. Ancaq maraqlıdır ki, Oman, Küveyt kimi isti ölkələrdə də virusa yoluxanlar var.

Maraqlıdır, koronavirus neçə dərəcədə tam məhv olur?

Respublikanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında bildirib ki, müsbət 56 dərəcədə bu virus məhv olur:

“Bu virus müsbət 37 dərəcədə 10-15 dəqiqəyə, müsbət 56 dərəcə istidə ani olaraq xarici mühitdə tələf olur. İndi havaların istiləşməsi ilə digər respirator virus infeksiyalar kimi bu virusun da yayılması azalır və demək olar ki, kəsilir. Hər il respirator virus infeksiyaları ilin soyuq aylarında baş qaldırır, bu da elə bil respirator virus növüdür. Gələn il biz bu virusu respirator virus növü kimi qeydə alacağıq”.

Cəlal İsayev həmçinin Küveyt, Oman kimi isti ölkələrdə də virusun yayılması ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, orada xəstəliyin yaranmasına səbəb virusa yoluxanların ölkəyə daxil olmasıdır. Həmin xəstələrin virusu qohumlarına, tanışlarına yayma ehtimalı da var.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts