Koronavirus mənzil bazarını “vurdu” – Qiymətlər dəyişdi

Çinin Uhan şəhərində qeydə alınan koronavirus ümumilikdə 119 ölkədə yayılıb. Kovid-19 virusuna yoluxanların sayı dünya üzrə 119 220 -ə çatıb.

Virusun yayıldığı ölkələrdən biri Azərbaycandır. Ölkəmizdə virusa yoluxanların sayı 11 nəfərdir. Koronavirus səbəbi ilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Virus Azərbaycanda turist sayının azalmasına da səbəb olub. Hətta koronavirusla bağlı Bakıda hündürmərtəbəli binalarda xarici ölkə vətəndaşlarına, xüsusən İran İslam Respublikasından gələnlərə kirayə evlər verilməməsi barəsində elanlara da rast gəlinir.

Maraqlıdır, kirayə mənzil bazarında son vəziyyət necədir?

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verərək bildirib ki, kirayə mənzil bazarında qiymətlər azalıb:

“Ötən ay mənzil bazarında qiymətlər 6,82 faiz aşağı düşüb. Mənzilin orta qiyməti 601 manatdan 560 manata enib. Bir kvadratmetri 9,44 manatdan 9,04 manata düşüb, yəni 4,14 faiz qiymət azalması müşahidə olunur”.    /Cebhe.info/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •