Kremldən kritik açıqlama: “Belarusda saxlanılan rus hərbçilər…”

“Moskvada hələ ki, Belarusda saxlanılan Rusiya vətəndaşları arasında hər hansı bir qanunsuz hərəkətə yol verilməsi və ya vəziyyəti gərginləşdirmək planları barədə məlumat yoxdur”.

Azərmedia.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu gün səfirimiz Xarici İşlər Nazirliyi və Minskdəki həmkarları ilə əlaqə qurub. Buna görə də ümid edirik ki, bu rabitə nəticəsində və xüsusi xidmət orqanları arasında əlaqə kanalları vasitəsilə baş verənlər haqqında hərtərəfli məlumat alacağıq. Əlbəttə, saxlanılanların hüquqlarının qorunacağına inanırıq. Rusiya vətəndaşlarına tam hörmət ediləcək”, – Peskov vurğulayıb.

O, Rusiyanın Belarusiyadakı etiraz aksiyalarına qoşulmasına dair bütün açıqlamaları böhtan adlandırıb və bildirib ki, prezidentlər – Vladimir Putin və Aleksandr Lukaşenko telefonla bu mövzunu müzakirə etməyi planlaşdırmır.

Peskov həbs olunanlar arasında Ukrayna vətəndaşlarının da olması barədə ortaya çıxan məlumatları təkzib edib. Hamısının rus olduğunu vurğulayıb.

Bundan əvvəl, Belarus mediası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən, Minskdə və ölkənin cənubunda “Vaqner” qrupuna bağlı 33 muzdlu rus hərbçisinin tutulması barədə məlumat verib. Daha sonra respublikanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyini bu barədə rəsmi şəkildə məlumatlandırıb.

Hadisə ilə əlaqədar terror aktlarının hazırlanması maddəsi ilə cinayət işi açılıb. İttiham təsdiqini tapacağı təqdirdə, müttəhimlər iyirmi ilə qədər həbs cəzası ala bilər. (teleqraf.com)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •