Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərmedia.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində edilən paylaşımda deyilir:

“Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”

Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqı təbrik edib

 /yenisabah.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •