Milli Məclisdə komitə sədrləri seçildi – SİYAHI

Milli Məclis komitələrinin sədrləri və müavinləri seçilib.

Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizəlikləri irəli sürülən deputatların adlarını oxuyub.

Məsələ səsə qoyularaq qəbul edilib.

Məlumata görə, Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, Adil Əliyev Gənclər və idman komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin sədrləri seçiliblər.

Sonra komitə sədrlərinin müavinləri də təsdiq olunub.

Bununla da altıncı çağırış Milli Məclisin birinci iclası başa çatıb. (modern.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts