MN: Ermənistana məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır

Qarabağ səmasında Ermənistan ordusuna məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

O qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus “Su-25” təyyarəsinin guya “F-16” qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır:

“Erməni tərəfinin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •