Müdafiə Nazirliyi Ermənistanın yalan xəbər yaydığını BƏYAN ETDİ

“Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır”.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

“Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur”,-deyə nazirlik əlavə edib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •