“Müharibə təhlükəsi damokl qılıncı kimi ölkənin üzərində asılıb” – Zakaryan

“Bəs bugünkü problemləri kim həll etməlidir? Bayram keçdi və gündən-günə dərinləşən problemlər dövlətimizin daxili və xarici qapılarını döyməyə davam edir”.

AzərMedia.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Müdafiə nazirinin müavini Artak Zakaryan öz “Facebook” səhifəsində yazıb.

“ 1. Müharibə təhlükəsi damokl qılıncı kimi ölkənin üzərində asılıb,
2. İqtisadiyyat sabit addımlarla çöküş yaşayır,
3. Pandemiya həyatlar almağa davam edir,
4. Xarici borc son bir il yarımda əhəmiyyətli dərəcədə artıb,
5. Mühacirət mitinqlərlə “qapıları qırır” ki, ölkədən çıxsın,
6. İyrənclik yaradan nifrət təbliğatı, hakimiyyətin ucuz populizmi və aşağı keyfiyyətli “siyasi” söz hər gün mətbuat səhifələrindən kənara daşır,
7. Dövlətin sosial yükü və insanların ümidsizlik dalğaları daha nəzərəçarpan olur,
8. Xarici siyasət tərəfdaşların “əvvəlcə gedin kim olduğunuzu dəqiqləşdirin, sonra gələrsiz baxarıq” rüsvayçı yanaşmasına çevrilir,
9. Qarabağ danışıqlar prosesi təhlükəli qarışıqlıq və çıxılmaz vəziyyət asatanasındadır,
10. Diletantlar siyasi olimpdə peyda olublar və öz məsuliyyət dərəcələrini tamamilə anlamırlar,
11. Dövlətin gəlirləri çətin toplanır, təsdiqlənmiş bir çox büdcə proqramları icra edilməmiş olaraq qalır və s.
Cənablar, ciddi olun və qısa müddətli problemlərlə məşğul olun, çünki Ermənistanın gələcəyi ilə əlaqəyə malik olmayacaqsınız və Allah eləməsin ki, sizin kimi hökumət yenə olsun”, – deyə o bildirib. /ordu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •