Neftin qiyməti düşdü…

“Azərbaycandan və ölkədən kənarda yaşayanlardan manatın taleyi ilə bağlı xeyli suallar daxil olmaqdadır. Demək olar ki, hamının vəziyyəti eynidir, müraciətlər də oxşardır”.

Azərmedia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, bildirib ki, əksəriyyəti banklarda manatla olan əmanətlərin taleyi narahat edir.

“Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin uzun müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması höküməti yenidən devalvasiya getməyə məcbur edəcək.

Bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin onun qarşısını ala bilməz.

Ehtimallara görə, manatın devalvasiyası əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq. Çünki, hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir.

Odur ki, manatla əmanəti olanların 2 yolu vardır.

1) Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərindən itkilərlə üzləşsələr də vəsaitlərini bəziləri tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada bağlanan və ya birləşən banklar olacaq.

2) Əmanətləri geri çəkib daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və idarə etmək vacibdir”.  /Yeni Sabah/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •