Paşinyan və Harutyunyan Tonoyanı təkrarladılar: “Yeni müharibə, yeni ərazilər”

“Ermənistan Baş naziri və Qarabağ (qondarma qurum – red) “rəhbəri” konsolidasiya və səfərbərlik haqqında cəmiyyətə eyni çağırışı ünvanlayırdılar. Onların təqdim etdiyi kimi, vəziyyət çox ağırdır, rəqib müəyyən irəliləyişlərə və yarmalara malik olub”.

AzərMedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Vardanyan deyib.

Vardanyanın sözlərinə görə, Paşinyan deyib ki, Azərbaycan 5 rayonun qaytarılmasını tələb edib, bunun əvəzində heç nəyə söz verməyib.

“Yəni, erməni tərəfi “status qarşılığında ərazilər” variantını aparıbsa, Azərbaycan “heç nə və ya sülh vədi müqabilində ərazilər” versiyasını təklif edib”, – deyə erməni politoloq bildirib. /ordu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •