Paşinyan yenə sərsəmlədi:Xüsusi təyinatlılarımızı “muzdlular”adlandırdı

Ermənistan rəhbərliyi və onların bəzi xaricdə yerləşən havardarlarının heç bir məntiqə sığmayan yalanları əslində öz məğlubiyyətlərinə haqq qazandırmaq oyunundan başqa bir şey deyil.Hər dəfə yaramaz,qorxaq erməni əsgərlərinin,döyüş meydanında silah və texnikanı atıb qaçmasını həzm edə bilməyən Paşinyan çıxış yolunu şər atmaqda görür.Əsassız iddia səsləndirir ki,guya Azərbaycan tərəfindən muzdlu əsgərlər döyüşür.Burada şər atmaqla yanaşı ideoloji və psixoloji basqı yartamağa çalışır.Ancaq döyüş meydanında olduğu kimi siyasi arenada da,özünü gülünc vəziyyətə salıb.Paşinyan bu hərəkətləri ilə Azərbaycan əsgərini zəif göstərmək,eyni zamanda öz fərari ordusunun heç nəyə yaramadığını ört basdır etməyə çalışdığı məlumdur.Məğlubiyyətini gözəl dərk edən Paşinyan əslində hər zaman olduğu kimi digər ölkələr tərəfindən qurtarılmasını gözləyir.Beynəlxalq qayda və qanunlara nəzər salsaq cari vəziyyətdə bu real görünmür.Bunun üçün də,döyüşməkdən cox yeni yalanlar fikirləşən Paşinyan hökuməti dünyanı inandırmağa çalışır ki,qarşı tərəfdən muzdlular döyüşür.Eyni zamanda bu böhtan,dünya qarşısında düşdüyü rəzil görkəmdən qurtulmaq üçün fikirləşilmiş yeni bir bəhanədir.Yaxın keçmişdə baş verən,Milli qəhrmanımız Mübariz İbrahimovun tək başına yüzə yaxın erməni əsgərini məhv etməsini Paşinyana xatırlatmaq yerinə düşər.Ermənistan rəhbərliyi unutmamalıdır ki,rəşadətli Azərbaycan ordusunun İlham Əliyev kimi Ali Baş Komandanı və yüzlərlə,minlərlə Mübarizləri var.

Ermənistan ordusunun kabusuna çevrilən,Paşinyanın belə “Qara paltarlılar” adlandırdığı xüsusi təyinatlı qüvvələrimizin muzdlular adlandırması isə sadəcə gülüncdür.İşğalçı Ermənistanı sözün həqiqi mənasında “qara günə”qoyan qara paltarlılarımız qürur mənbəyimizdir.Paşinyan unudub ki,Azərbaycan xüsusui təyinatlıları peşəkarlığına görə nəinki regionda, hətta dünya səviyyəsində ilk sıralardadır.Özünə və millətinə heç bir sayqı duymayan bir rəhbərlikdən bundan artığını gözləmək olmaz.Öz əsgərlərinin meyidini belə, almaq istəməyən bir “rəhbər” ancaq Ermənistanda olar.Dəfələrlə humanitar atəşkəs elan olunmasına baxmayaraq və şəxsən Paşinyanın göstərişi ilə ermənistan tərəfi şüurlu şəkildə bu razılaşmanı pozmuşdur.

Bizim əxlaqi və mənəvi dəyərlərlərimizdən irəli gələn humanist davranışımız sayəsində ,dəfələrlə erməni tərəfinə öz cəsədlərini götürülməsi barədə aidiyyatı üzrə beynəlxalq təşkilatlara müraciət ünvanlanmışdır.Lakin erməni tərəfi hələki bununla bağlı addım atmamışdır.

Biz isə öz növbəmizdə bir vətəndaş olaraq ayıq-sayıq olmalı, necə bir şərəfsiz düşmənlə üz-üzə olduğumuzu unutmamalıyıq.Yaşasın Qüdrətli Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!!!

Hərbi ekspert Azər Bayram

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •