Paşinyanın yeganə ümidi Laçının… – Brayza

Paşinyan çarəsiz olduğu üçün bunu edir. Azərbaycanın hərbi strategiyasının bu günə qədər heyrətamiz dərəcədə uğurlu olduğunu bilir.

AzərMedia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın sabiq səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, Baş nazir Paşinyan Ermənistanı əsgərlərini Azərbaycan ərazilərindən çıxarmamaqla beynəlxalq hüququ pozmağa davam etməyə çağırır: “Bu, birmənalıdır. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasının beynəlxalq hüquqa zidd olması da heç bir sual doğurmur. O, çarəsiz olduğu üçün bunu edir. Azərbaycanın hərbi strategiyasının bu günə qədər heyrətamiz dərəcədə uğurlu olduğunu bilir. Azərbaycan texnoloji üstünlüklərindən istifadə edərək Ermənistanın bahalı hərbi obyektlərini, hava hücumundan müdafiə sistemlərini, tanklarını, zirehli texnikasını, artilleriyasını, hərbi binalarını və ordusunun şəxsi heyətini məhv etdi. Ermənistanın buna müqavimət göstərmək üçün hərbi gücü yoxdur. Məncə, onun dua edib, ümid bəslədiyi yeganə şey indi döyüşlərin Laçında dağlıq ərazilərə, yüksəkliklərə hücum etməyin çətinliyinədir. Paşinyan Dağlıq Qarabağın özündə belə dağlıq bölgələrə gözünü dikib”.

Brayzanın fikrincə, Paşinyan möcüzəvi şəkildə xilas olacağına inanır: “O, ümid edir ki, birtəhər, möcüzəvi şəkildə erməni qüvvələri daha yüksək ərazilərin üstünlüyündən istifadə edərək, Azərbaycanın hücumlarını dayandıracaq və bu ərəfədə kimsə Ermənistan adından məsələyə müdaxilə edəcək. Bilmirəm, kimin onların müdafiəsinə gələcəyini düşünür. Yəni Rusiya artıq yardıma gəlməyəcəyini bəyan etdi, çünki döyüşlər Ermənistan ərazilərində deyil, Azərbaycan torpaqlarında gedir. Düşünürəm ki, Ermənistan baş naziri həqiqətən çıxılmaz vəziyyətdədir.

Azərbaycanın atacağı ən ağıllı addım, hərbi əməliyyatları dayandırmağa bəs edəcək qədər torpaq azad etdikdən sonra yeni bir siyasi xəritə ilə danışıqları son dərəcə güclü bir mövqedə davam etdirmək olar.

Daha sonra isə hər şeyi geri almaq – bütün torpaqları: yəni Dağlıq Qarabağı və ətraf rayonları, minimal can itkisi ilə. Düşünürəm ki, bu, təkcə mənəvi baxımdan deyil, həm hərbi, həm də iqtisadi baxımdan doğru addım olardı.

Azərbaycan xalqının bütün itirilmiş əraziləri hərbi yolla geri almaq istədiyini bilirəm. Ancaq Azərbaycanın danışıqlarda vəziyyəti gözlənildiyindən də çox yaxşı olacaq. Ona görə Azərbaycan təmkin nümayiş etdirərsə və öz doğru siyasətindən, həmişə olduğu kimi, istifadə edərsə, istədiyi hər şeyi ən aşağı itki ilə təmin edə bilər”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •