Putin Kadırova yüksək vəzifə təklif edib

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər.Bu barədə “Arqumenti nedelyi” nəşri məlumat yayıb.

Qeyd edək ki, Ramzan Kadırov müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı yanvarın 15-də vəzifəsindən gedib və səlahiyyətini hökumət başçısı Müslüm Xuçevə verib.

Kremldəki həmsöhbət nəşrə bildirib ki, qəribə şəkildə müvəqqəti vəzifədən getmə Ramzan Kadırovun yeni, daha yüksək vəzifəyə – Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə gətirilməsi ilə əlaqədardır.

Kadırovun təklifi qəbul edib-etmədiyini məlum deyil. (sfera.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts