Qarabağ döyüşçülərinə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriləcək

Milli Məclis Vətən Müharibəsi iştirakçıları ilə bağlı iki yeni qanun layihəsi hazırlayıb.

AzərMedia.az xəbər verir ki, bunlardan biri “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsidir.

Digəri “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəsidir.

Hər iki qanun layihəsi  birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir müddət öncə Kliniki Tibbi Mərkəzdə müalicə olunan yaralı hərbçilərlə görüşündə bildirmişdi ki, Azərbaycanda yeni ordenlər və medalların təsis edilməsi göstərişini verib.

“Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar sizin də, Azərbaycan xalqının da xoşuna gələcək”,-deyə ölkə başçısı hərbçilərlə söhbət əsnasında qeyd etmişdi.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •