Qondarma ölkənin qondarma başçısı: “Lazım gələrsə, müharibə Azərbaycanın ərazisində gedəcək”

Hərbi hissə komandirlərinin və onların müavinlərinin hazırlığını yoxlamaq, peşə biliklərinin, nəzəri və praktik bacarıqlarının səviyyəsini artırmaq məqsədi ilə 2020-ci tədris ili üçün müdafiə ordusunun hazırlıq planına uyğun olaraq 27-29 iyul tarixlərində separatçı ölkənin Müdafiə Ordusunda komandanlıq təlimi keçirilib.

Azərmedia.az xəbər verir ki, iyulun 29-da komandanın təlim-məşq toplanışının nəticələrini yekunlaşdırmaq üçün qondarma ölkənin prezidenti Araik Arutyunyan da iştirak edib. “Ölkə” başçısı yekun iclas iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkənin təhlükəsizliyinin qarantı olan Müdafiə Ordusu bütün təyin olunmuş döyüş tapşırıqlarını layiqincə yerinə yetirir, bölgədə sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir.

Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycanın təxribatçı hərəkətlərinə və hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi təhdidlərə toxunan Arutyunyan qeyd edib ki, hər an sadəcə düşmənin əməllərinə layiqli cavab verməyə hazır olmaq kifayət deyil, eyni zamanda, lazım gələrsə, hərbi əməliyyatları Azərbaycan ərazisinə keçirməyə də tam hazır olmalıyıq.   /konkret.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •