Rusiya Dağlıq Qarabağa nümayəndə heyəti göndərəcək – Putin

“Rusiya Dağlıq Qarabağda humanitar problemlərin həllində YUNESKO-nun və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) qoşulmasına ümid bəsləyir. Xüsusilə həm Azərbaycan, həm də erməni tarixi abidələrinin və dini ziyarətgahların qorunması barədə demək istərdim. Bu məsələ vacib bir əxlaqi, insani ölçüyə sahibdir”.

AzərMedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə Prezident Vladimir Putin Rusiyanın Dağlıq Qarabağda sülhməramlı missiyası ilə bağlı müşavirədə deyib.

O əlavə edib ki, Rusiya yaxın gələcəkdə Dağlıq Qarabağda humanitar problemlər daxil olmaqla aktual problemləri həll etmək üçün nümayəndə heyəti göndərəcək.

V.Putin deyib ki, o, həm Ermənistan, həm də Azərbaycanlı həmkarları ilə davamlı təmasdadır:

“Hər iki liderlə bir sıra nazirlik və qurumların rəhbərlərindən ibarət Rusiya nümayəndə heyətinin yaxın vaxtlarda Ermənistana və Azərbaycana göndəriləcəyinə dair razılığa gəldik”./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •