Rusiya Ermənistan-Azərbaycan sərhədinə əlavə qüvvə göndərir

Rusiya sərhədçiləri erməni tərəfinin istəyi ilə Ermənistan və Azərbaycan sərhədinə əlavə qüvvələr yerləşdirəcək.

AzərMedia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, əlavə olaraq 188 hərbi qulluqçu və zəruri sayda texnika ayrılıb. Bununla bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb.

“Ermənistan və Azərbaycanın xüsusi xidmət orqanları ilə, həmçinin sərhəd qurumları arasında qarşılıqlı fəaliyyət baxımından zəruri tədbirlər görülüb, 24 saat məlumat mübadiləsi aparılır”, – deyə A.Bortnikov bildirib./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •