Rusiya mərkəzi: Bugünkü vəziyyətə əsasən, Ermənistan Rusiya üçün o qədər də etibarlı müttəfiq deyil

Rusiyanın analitik mərkəzlərindən biri olan “ЦАСТ” (Texnologiyalar və Strateji Təhlillər Mərkəzi) may ayında təhlil nəşr edib və bu təhlildə Ermənistan münasibətlərin yüksək səviyyəsi – müttəfiq münasibətləri kontekstində verilir.

AzərMedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hesabat verib.

Ermənistanın 5-ci kanalının “Haylur” proqramı əlavə edir ki, artıq avqust ayında eyni mərkəzin işıq üzü görmüş məqaləsində Ermənistana kobud qiymətləndirmələr verilib: “Bugünkü vəziyyətə əsasən, Ermənistan Rusiya üçün o qədər də etibarlı müttəfiq deyil. Gələcəkdə bu vəziyyət prinsipcə dəyişməsə, Rusiya üçün Ermənistanla münasibətlərin əhəmiyyəti azalacaq və bu ölkə ilə əlaqələrin xarakterini yenidən nəzərdən keçirmək, Rusiyanın zərərinə olmadan düzəltmək olar”. /ordu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •