Rusiyada tragikomediya: Su-35 Su-30-u məhv etdi

Rusiyanın dünən məhv olan Su-30CM təyyarəsi qəzaya düşməyib.

AzərMedia.az xəbər verir ki, bu məlumatı “Voyennıy Obozrevatel” Teleqram kanalı yayıb.

Məlumata görə, Su-30CM təyyarəsi Rusiyanın digər qırıcısı Su-35C-dən açılan atəşlə məhv edilib.

Təyyarənin təlim döyüşü zamanı vurulduğu bildirilib.

İddiaya görə, Su-35C təyyarəsinin ekipajı uçuşdan əvvəl təyyarədəki silahların söndürülmədiyi və ya onların təyyarədən çıxarılmadığı barədə xəbərdar edilməyib.

Qeyd edək ki, Su-30-un Tverdə qəzaya uğradığı haqda ötən gün rəsmi məlumat yayılmışdı./axar.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •