Səhiyyə naziri əhaliyə xəbərdarlıq etdi: Evlərinizdən çölə çıxmayın

İranın Səhiyyə naziri Kianuş Cahanpur əhalini evlərindən çölə çıxmamağa səsləyib.

AzərMedia.az-ın məlumatına görə, nazir bu barədə yerli televizayada çıxış edib.

“İnsanların evdə qalması daha təhlükəsiz olacaq. Son 24 saatda 34 virusa yoluxma halı qeyd edilib. Onların 16-sı Qum şəhərindədir”, – deyə Cahanpur bildirib.

İranın Çindən kənarda koronavirusa yoluxma halının ən çox baş verdiyi ölkə olduğu qeyd edilir.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb. 95 nəfər isə bu virusa yoluxub.    /Oxu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts