Teledərslər bu gün başladı: CƏDVƏL açıqlandı – BU KANALDA yayımlanacaq

Bu gündən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Dərslərin ibtidai və yuxarı siniflər üçün həftənin hansı günlərində və saat necədə keçirilməsi barədə isə cədvəl açıqlanmayıb.

Bu isə narahatlıq yaradıb: şagirdlər hamısı saat 10:00-dan 16:00-dək televiziyanın qarşısında oturmalı və onlara aid teledərsin nə vaxt və hansı fənndən başladığını izləməlidirlərmi?

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, siniflər üzrə dərs bölgüləri və saatları barədə cədvəl bu gün açıqlanacaq.

Qeyd edək ki, ötən gün nazirlik ibtidai siniflər üçün həftənin 4 günü, 5-11-ci sinif şagirdləri üçün isə həftənin 2 günü “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə “Mədəniyyət” kanalında qısa videodərslər təqdim ediləcəyi barədə məlumat yayıb.

***

Təhsil Nazirliyi siniflər üzrə dərs bölgüləri və saatları barədə cədvəli açıqlayıb. (axar.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •