Toy mərasimləri başlayır? – Mahmudovdan xoş proqnoz

Son günlər ardıcıl olaraq karantin tədbirlərinin yumşaldılması toylara icazə verilməsi məsələsini bir daha aktuallaşdırıb. Xüsusilə yoluxma sayında azalma və sağalanların yoluxanları üstələməsi ilə bağlı günlük statistika bu istiqamətdə optimizmə şərait yaradır.

Bununla bağlı danışan millət vəkili, Operativ Qərargahın üzvü Rəşad Mahmudov bildirib ki, toy və nişan mərasimlərinin keçirilməsi qaydaları təmin olunarsa, eləcə də ciddi nəzarət mexanizmi həyata keçirildiyi təqdirdə bu mərasimlərə icazə mümkündür:

“Düşünürəm ki, yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə bu proses həyata keçirilə bilər.

Təbii ki, bu barədə son qərar Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək”.

R.Mahmudov bildirib ki, payız aylarından sonra COVİD-19 virusunun insanlarda yaratdığı qorxunun azalacağını proqnozlaşdırır:

“Təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri faydaları ilə bərabər, sosial, iqtisadi və psixoloji çətinliklər doğurdu. Amma bizlər vətəndaş olaraq ehtiyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamalıyıq”./axar.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •