Tramp: “İranın hücumuna cavabımız min qat ağır olacaq”

ABŞ prezidenti Donald Tramp İranın general Qasım Süleymaninin ölümünə görə qisas planı hazırladığını və bundan çoxdan xəbərdar olduqlarını dilə gətirib.

AzərMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident istənilən aksiyaya “min qat daha ağır cavab” verəcəklərini bildirib.

“Mətbuatın məlumatına görə, İran ABŞ ərazisində qətl və yaxud başqa hücum planı hazırlayır. İranın ABŞ-a hər hansı formada hücumuna cavabımız min qat güclü olacaq” – deyə Tramp yazıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •