Tramp Qasım Süleymaninin qətlindən danışdı: “Bəs bu adam hardadır?”

ABŞ prezidenti Donald Tramp İran İslam Keşikçiləri Korpusu (SEPAH) Qüds qolunun komandiri general Qasım Süleymanin qətli ilə əlaqədar verdiyi əmrin icrası ilə bağlı detallardan danışıb. 

AzərMedia.az xəbər verir ki, mediaya prezidentin əməliyyatı icra edən hərbi qərargahla danışığının səs yazılarını yayılıb. Səs yazılarından aydın olur ki, hərbi qərargahdan prezidentə bildiriblər ki, Qasım Süleymaninin olduğu avtomobil təqib edilir.

– İkisi də bir maşındadır, cənab prezident. Hücuma 2 dəqiqə, 11 saniyə qalıb… Son bir dəqiqə qaldı. 30 saniyə. 10, 9, 8…

Raket atılır.

-Komandirlər yox edildi, cənab prezident.

Bağlantı kəsilir.

Bir an susqunluq. Tramp soruşur:

-Bəs bu adam haradadır?

Qeyd edək ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələrinə məxsus qırıcılardan atılan raketlərlə SEPAH generalı Qasım Süleymani və “Həşdi Şabi” şiə qruplaşmasının rəhbəri Mehdi əl Mühəndisi öldürülüb.   /Cebhe.info/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts