“Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” – Kremldən açıqlama

“ABŞ Prezidenti Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda irəliləyişin əldə olunması ilə bağlı çıxışında nəyi nəzərdə tutduğunu bilmirik”.

AzərMedia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı bildirib ki, hazırda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlarda yaxşı irəliləyiş əldə olunduğunu güman edir.

“Görək, nə baş verəcək. Hesab edirəm ki, həqiqətən yaxşı irəliləyiş var”, – deyə ABŞ Prezidenti qeyd edib.

Eyni zamanda Donald Tramp ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hazırkı danışıqların iştirakçılarından biri olduğunu xatırladıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri hazırda Vaşinqtonda səfərdədir./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •