Türk ordusu yeni HƏRBİ ƏMƏLİYYATA başlayır

Türkiyə Fərat çayının şərqində PKK terror təşkilatına qarşı yeni hərbi əməliyyatlara hazırlaşır.

Bu barədə “Xəbər7” məlumat yayıb.

Türkiyənin koronavirusla mübarizə çərçivəsində öz iqtisadiyyatını ayaq üstə saxlaması, bununla yanaşı, dünyanın 60-dan çox ölkəsinə humanitar yardım göndərməsi xatırladılan xəbərdə, pandemiyaya rəğmən, Yaxın Şərqdə yürüdülən siyasətlərə fasilə verilmədiyi vurğulanıb.

Bildirilib ki, Fərat çayının digər tərəfində – İdlibdə fevral ayında elan edilən razılıq prosesinə təhdid yaradan Bəşər Əsəd rejimi və İran nəzarətindəki qruplaşmalara hər an müdaxilə oluna bilər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri son olaraq Suriyanın İdlib şəhərində Bəşər Əsədə sadiq qüvvələrə qarşı “Barış pınarı” hərbi əməliyyatını təşkil etmişdi. (publika.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts