Türkiyə “Oruc Rəis”i yenidən Aralığa göndərdi

Türkiyənin Aralıq dənizində tədqiqat işlər aparan “Oruc Rəis” gəmisinin yeni fəaliyyət planı bəlli olub.

AzərMedia.az xəbər verir ki, gəminin növbəti tədqiqat ərazisi Meis adasının cənub hissəsini əhatə edəcək.

Qeyd edək ki, “Oruc Rəis”in bölgədəki fəaliyyətlərinə 3 aylıq bir planlama daxil edilib. İlk ayda 3,5 min kv/kilometrlik ərazidə axtarışlar aparılıb. Planlar çərçivəsində bölgədəki axtarışlar ümumilikdə 15 min kv/km ərazini əhatə edəcək.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •